Siriyada dinc əhaliyə kimyavi silah tətbiq edildi və nəticədə uşaqlar və qadınlar öldü.

08 aprel 2018 22:33
Oxunma sayı: 237

Siriyada dinc əhaliyə kimyavi silah tətbiq edilib və nəticədə 150-dən çox dinc əhali ölmüşdür. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Tramp bu işdə Putini günahlandırır.

Amerika lideri Donald Trump bu məsələdə Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən Rusiyanın cavab verməsinin lazım olduğunu söyləmişdir.

Tramp demişdir ki, "Kimyəvi hucumlar zamanı Suriyada qadınlar və uşaqlar daxil olmaqla çoxlu ölənlər vardır". Bu vəhşi bölgənin ətrafı Suriya ordusu ilə əhatə olunur ki, buda bu bölgəni xarici dünyaya tamamilə əlçatmaz edir ". Putin, Rusiya və İran vəhşi Əsədə dəstəkləyir. Tramp Rusiyadan və Suriyadan yaralı insanlara təcili yardım etmək və onları xilas etmək üçün onlara dəhliz verilməsini Twitterdə paylaşmışdır.

Tramp həmçinin bu işlərdə ABŞ-ın özündən əvvəlki Barak Obamanıda tənqid etmişdir. O vurğulamışdır ki,hələ 2013-cü ildə Suriya dinc əhaliyə qarşı kimyəvi silah tətbiq edən zamanı Obama Suriyaya zərbələr endirməliydi.

Tramp Suryada baş verən bütün bu hadisələrə görə Əsədi heyvan adlandırır və Əsədin belə qudurmasında Rusiya və İranı günahlandırır.

Şərh