Quş Təyarəyə çırpıldı

09 aprel 2018 00:01
Oxunma sayı: 259

Bakıdan Naxçıvana uçan təyyarə quş ilə toqquşması səbəbindən geriyə qayıdaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmişdir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Bakifm.Az-a bildirib ki, aprelin 8-də Bakı-Naxçıvan-Bakı reysi ilə Bakıdan Naxçıvana uçuş həyata keçirən təyyarə yüksəkliyə qalxarkən quş ilə toqquşub. Hava gəmisinin kapitanı aeroporta geri dönmək qərarını vermiş və uçuş heyyəti təyyarəni uğurla yerə endirmişdir. Sərnişinlərin digər təyyarə ilə yola salınması barədə qərar verilib. Sərnişinlərin Naxçıvana daşınması digər təyyarə ilə həyata keçirilir və hal-hazırda bu bu təyyarə artıq uçuşa hazırlanır.

Hazırda quşun çırpıldığı təyyarəyə isə texniki baxış keçirilir.

Şərh