Rusiaylı analitikdən Türkiyəyə terror xəbərdarlığı

09 aprel 2018 00:18
Oxunma sayı: 210

Rusiyalı siyasi analitik və yazar Nikolay Starikov Türkiyəyə terror xəbərdarlığı ünvanlayıb.

Bakifm.az xəbər verir ki, Rusiyanın NTV kanalının "Mesto Vstreçi" (Görüş Yeri) adlı canlı proqramda danışan rus politoloq bildirib ki, Vladimir Putinin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi Qərbin xoşuna gəlməyə bilər. Buna görə də yaxın zamanlarda Türkiyədə terror hadisələrinin olacağı istisna edilmir.

"Qərb bizimlə danışmaq istəmir. Qapılarını bizim üzümüzə bağlayıbdır. Fəqət Türkiyə qapılarını açıb və biz də ora gedirik. Ancaq demək lazımdır ki, Yəqin ki, Qərb bundan sonra Türkiyə üzərində təzyiqlərini artıracaqdır. Bu səbəbdən də yaxın zamanlarda mən Türkiyədə terror hadisələrinin olacağını ehtimal edirəm", – deyə o bildirib.

Şərh