Osmanlı Xalq Hərəkətının rəhbərliyi Bakıda.

09 aprel 2018 13:36
Oxunma sayı: 351

Osmanlı Xalq Hərəkətının rəhbərliyi Bakıda.

Bakı Müharibə və Əlilləri İctimai Birlyinin rəhbərinin dəvəti ilə Bakıya qonaq gəlmiş Türkiyə Osmanlı Xalq Hərakatının rəhbəri (başkanı) Turabi Ergün ilk öncə ulu öndər Heydər Əliyevin və akademik ZƏrifə Əliyevanın məzarlarını ziyarət etmiş, gül dəstələri qoymuşdur.
Daha sonra Şəhidlər Xiyabanını və Türk şəhidləri abidəsini ziyarət etmişlər.

Bakı Müharibə və Əlilləri İctimai Birlyinin rəhbərinin dəvəti ilə Bakıya qonaq gəlmiş Türkiyə Osmanlı Xalq Hərakatının rəhbəri (başkanı) Turabi Ergün Bakıda Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirmiş, sonra isə qardaş ölkədən gələn qonağlarımız şəhərimizin görkəmli və mənzərəli yerləri ilə tanış olmuşlar.

Türkiyə Osmanlı Xalq Hərakatının rəhbəri (başkanı) Turabi Ergün ulu öndər H.Əliyev dediyi kimi, biz bir millət iki dövlətik dahi kəlamını xatırlatmış və çıxışına davam edərək bildirmişdir ki, biz bu iki qardaş ölkə necə ki, əvvəllər çətin anlarda bir olmuşuq bundan sonra yenədə birik və bir yerdədə olcayıq. Biz bir Türk olaraq ayrılmaz qəlblər ve eyni döyünən ürəklərik. Sevincimiz, qəmimiz və kədərimizdə birdir deyə söyləmişdir.


Şərh