ABŞ BMT-də: Suriyalı uşaqların qanında Rusiyanın əlləri vardır.

10 aprel 2018 01:29
Oxunma sayı: 274

ABŞ BMT-də: Suriyalı uşaqların qanında Rusiyanın əlləri vardır.


Bakifm.az Ukraynanın "Obozrevatel Mira" saytının verdiyi məlumata əsaslanaraq xəbər verir ki, ABŞ-ın BMT-daki daimi nümayəndəsi BMT-nin Təhlükəsizlik Şurasının iclasında Nikki Heyli Suriyada dinc əhaliyə qarşı kimyəvi silah tətbiqi nəticəsində ölən uşaqlara görə Suriya prezidenti Bəşər Əsədin günahkar olduğu kimi Rusiyanında günahkar olmasını və bu məsuliyyətə onların cavabdehlik daşıdıqlarını demişdir.

O çıxışında demişdir:
- "Bu hücumları həyata keçirən canavarın vicdanı yoxdur. Onları bu rəzil və yaralı uşaqların şəkilləri belə sarsıdıb, şoka salmır. Suriyalı uşaqların qanında əlləri olan rus rejimi ölülərin foto şəkillərindən belə utanmır. Əsədin dağıdıcı siyasətində Rusiya rolunu unutmamalıyıq. Rusiya uşaqları boğmaq və məhv etmək üçün böyük səylə Əsəd rejiminə köməklik edir"

O eyni zamanda vurğulamışdır ki, "Rusiya bu hegemonluqla davam edir. O, bu dəhşətli hadisələrdən Suriyanı qurtara bilərdi, lakin Rusiya bunu istəmir və artıq heç edədə bilmir. Niyə bu insanları nifrət etməyə çalışırsınız? Suriyadakı Əsəd rejimi ilə heç bir mədəni dövlət belə iş birliyi yarada bilməz "

O xatırlatmışdır ki, BMT-nin Suriyadakı kimyəvi maddələrə davamlı reaksiya verdiyini halda, Rusiya isə əksinə olaraq daim bütün qərarları və qətnamələri blok edir.

Şərh