Əgər ABŞ Suriyaya zərbələr endirərsə Moskva Vaşinqtona cavab verəcəkmi? (FOTO)

10 aprel 2018 23:36
Oxunma sayı: 239

Əgər ABŞ Suriyaya zərbələr endirərsə Moskva Vaşinqtona cavab verəcəkmi?  (FOTO)



Bakifm.az "Gazety.Ru"-nun verdiyi məlumatlara əsaslanaraq xəbər verir ki, Suriyaya raket zərbələri endirmək üçün yaxın zamanlarda Şərqi Aralıq dənizində USS Donald Cook и USS Porter tipli iki amerikan esminosu yerləşdirilə bilər.

"Gazety.Ru" («Газеты.Ru»)-nun hərbi şərhçisi Mixail Xodarenok, Vaşinqtonun istənilən mümkün hərəkətlərinə Moskvanın güc variantı ilə cavab vermə variantını analiz edərkən demişdir ki, əgər Vaşinqton Suriyaya hücum etsə, Rusiya hansı yolla olursa olsun ona güclə və yaxudda başqa bir yolla cavab verməlidir.

Əgər ABŞ Suriyaya zərbələr endirərsə Moskva Vaşinqtona cavab verəcəkmi?  (FOTO)


Xatırlatmaq istərdik ki, hələ 2018-ci ilin martında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov bəyan etmişdi ki, Dəməşqdə və Suriya MN-nin obyektlərində və müəssisələrində Rusiyanın hərbi məsləhətçiləri, döyüşən tərəfləri barışdırma mərkəzi və hərbi polisləri vardır.
Əgər son anada ABŞ Suriya prezidenti Bəşər Əsədin qoşunlarına zərbələr endirməyə qərar versə, yəqin ki, bu zərbələrdən Rus hərbiçilərinin həyatı təhlükə altında qalarsa, bel ə olduğu halda Rusiyada ona cavab verməli olacaqdır.

Əgər ABŞ Suriyaya zərbələr endirərsə Moskva Vaşinqtona cavab verəcəkmi?  (FOTO)


Eyniylə dünən, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia, "Əgər ABŞ Suriyaya zərbələr endirərsə bunun nəticələri çox ciddi olacaq"-deyərək ABŞ-ı xəbərda etmişdir.

Hərbi siysətçilər və araşdırmaçılar məlumat vermişlər ki, "Əgər Moskva bu zərbələrə cavab versə, bu onun üçün çox çətin olacaqdır. Bu vəziyyətdə real olaraq Kreml öz müttəfiqini qorumaq imkanına qadir deyldir. Belə olan halda ABŞ unutmamalıdır ki, onlar bilərəkdən Rusyanı bu müharibəyə cəlb etmiş olurlar və cavabdehlik Ağ evin üzərinə düşür".

Müəllif eyni zamanda qeyd etmişdir ki, Rusiya bu dəfə susa bilməyəcək. Belə olan halda isə müharibə qaçılmazdır deyə Uinston Çörçilin "Müharibə əvəzinə ayıbı-rüsvayçılğı seçən bir ölkə, son nəticədə həm rüsvay olur, həmdə müharibəyə cəlb olur" sözlərini xatırlatmışlar.

Şərh