Çin - Belarus birliyi və əməkdaşlığı

11 aprel 2018 00:43
Oxunma sayı: 209

Çin - Belarus birliyi və əməkdaşlığı


Bakifm.az "regnum.ru"-nun veridiyi məlumata əsaslanaraq xəbər verir ki, Çin Xalq Respubliksının Müdafiə Naziri Vey Fenxen Belarus respubliksaının rəsmi qonağı olmuşdur. Belarusiyanın mərkəzində onu həmkarı Andrey Ravkov qarşılamışdır. ÇXR MN-i Belarusiyanın MN-i ilə danışıqlar aparmış və yeni yaradılmış hərbi obyektlərə baxmışdır.

Çin - Belarus birliyi və əməkdaşlığı


Vey Fenxe eyni zamanda Belarusiyanın prezidenti Lukaşenko ilə də görüşmüşdür. Belarus lideri Qərbin Minskə sanksiyalar qəbul etdiyi zaman ÇXR-nın Belarusiyaya "iqtisadi və maliyyə dəstəyinə" və "hərbi texniki əməkdaşlığına" görə Pekinə öz minnətdarlığını bildirmişdir.

Çin - Belarus birliyi və əməkdaşlığı


"Bizim dövrdə Siz Belarusu müdafiə qabiliyyətinin gücləndirilməsində həlledici rol oynadınız. Siz bizə orbitə ən müasir peykin göndərilməsində və qabaqcıl kosmik bölmələr yaratmaqda kömək etdiniz. Biz sizinlə birlikdə Belarusiyada ən qabaqcıl və müasir tələblərə cavab verə bilən uçuşları idarəetmə mərkəzi yaratdıq. Siz Belarus ordusu üçün ən qabaqcıl raket silahlarını yaratmağa kömək etdiniz. Düşünürəm ki, bunun əsasında Belarusiyada sizin orduya da maraq göstərəcək daha müasir raket silahları modelləri yaratdıq. Mən bizim ordumuza vermiş olduğunuz pulsuz yardım üçün sizə öz minnətdarlığımı bildirirəm ", - Lukaşenko bildirib.

Sonda Belarus rəhbəri Çin Xalq Respubliksının Müdafiə Naziri Vey Fenxena bildirmişdir ki, "Bizə etdikləriniz bu köməyə görə biz sizə borclu qalmayacağıq"

Şərh