Serbiyalı müşahidəçi: “Səsvermə müdaxilə olmadan keçir”

11 aprel 2018 12:59
Oxunma sayı: 188

Serbiyalı müşahidəçi: “Səsvermə müdaxilə olmadan keçir”


Bakifm.az APA-nın paylaşdığı xəbərlərə əsaslanaraq məlumat verir ki, prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Serbiyadan olan müstəqil müşahidəçi “Səhərdən etibarən Xətai rayonu ərazisində bir neçə seçki məntəqəsində olmuşam. Səsvermə kənar şəxslərin müdaxiləsi olmadan yaxşı səviyyədə keçir” bunu Yelena Zariç Kovaçeviç deyib.

O qeyd edib ki, yerli və beynəlxalq müşahidəçilər seçki məntəqələrində səsvermənin gedişini izləyirlər: “Səsvermə saat 08.00-da başlayıb və hər şey qaydasındadır. Təxminən 17 seçki məntəqəsində olmuşam. Getdiyim seçki məntəqələrinin heç birində hər hansı bir pozuntuya rast gəlməmişəm”.

Şərh