Ukrayna və Rusiya sülhməramlılar məsələsində ortaq qərarə gələ bilmirlər.....

11 aprel 2018 14:07
Oxunma sayı: 199

Ukrayna və Rusiya sülhməramlılar məsələsində ortaq qərarə gələ bilmirlər.....


Bakifm.Az Ukrayna prezidentinin Korrespondent.net-ə verdiyi müsahibəsinə əsaslanaraq məlumat verir ki, Ukraynanın Donbas vilayətində BMT-nin rəhbərliyi altında sülhməramlıların yerləşdirilməsində Ukrayna və Rusiya dövlətləri ortaq məxrəcə gələ bilmirlər. Bu məsələdə hər iki dövlətin maraq dairələri tamam fərqlənir.

Ukrayna BMT-nin himayəsi altında olan sülhməramlıları Donbassa yerləşdirməsi üçün çalışır və qeyd edir ki, bu istiqamətdə himayəsi altında bir mmövzuda müəyyən dəyişikliklər vardır. Bunu Ukrayna prezidenti Pyotur Poroşenko Korrespondent.net-ə müsahibə verərkən söyləmişdir.

O bu istqamətdə danışıqların aktivləşməsini qeyd etmişdir. Pyotur Poroşenko 2015-ci illə hal hazırki dövr arasında fərqin müsbət istiqamətə doğru dəyişməsini xüsusiylə vurğulamışdır. Ancaq onuda nəzərə çatdırmışdır ki, bu istiqmətdə əsas təsir hələ də BMT-nin Təhlükəsizlik Şurasında veto hüququna malik olan Rusiyanın rəyidir.

Ukrayna və Rusiya sülhməramlılar məsələsində ortaq qərarə gələ bilmirlər.....


Ukrayna Donbassdakı missiyanı dəstəkləyən ölkələrin geniş cəbhəsini yaratmağa çalışır və bu cəbhədə iştirak etməyə hazır olduğunu bəyan edir. Bu yaxınlarda Poroşenko Rəcəb Tayyib Ərdoğan ilə Türkiyənin də sülhməramlı missiyada iştirak etməsi barədə razılığa gəlmişdir.

Kiyevin sülhməramlılar qarşında qoyduğu əsas tələbləri "qeyri-qanuni silahlı qrupları silahsızlandırmaq, işğal olunmuş ərazilərdə yaşayan insanları qorumaq və yerli seçkilərdə siyasi prosesinin təhlükəsizlik şərtlərinin daha da yaxınlaşdırmaqdır ".
Lakin bu tələblər əlbətdə ki, Moskvanı qane etmir və onlar bununla razılaşmırlar. Moskvanın fikirincə sülhməramlılar təmas xəttində olmaq şərti ilə ancaq ATƏT nümayəndələrini qorumalıdırlar. Bütün bu zaman ərzində Kreml öz mövqeyini dəyişmir.

Ukrayna və Rusiya sülhməramlılar məsələsində ortaq qərarə gələ bilmirlər.....


Yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin və Almaniya Baş naziri Angela Merkel arasında telefon danışığı olub. Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Putin və Merkel BMT sülhməramlılarını Donbassa yalnız ATƏT müşahidəçilərinin müdafiəsi üçün göndərilməsini müzakirə ediblər.

Angela Merkel əlavə edib ki, "sülhməramlılar məsələsində razılığa gəlmək üçün müzakirə etmək üçün hələ çox şey var".
Merkelin sözlərinə görə, Almaniya Donbassda sülhməramlı missiyanın yerləşdirilməsinə qatqı təmin etməyə hazırdır. Lakin bu məsələdə almanların səsi həlledici əhəmiyyət daşımır.

Şərh