Rusiya və ABŞ dünyaya təhlükəli anlar yaşadır

12 aprel 2018 01:19
Oxunma sayı: 198

Rusiya və ABŞ dünyaya təhlükəli anlar yaşadır


Bakifm.Az KİV-dən əldə etdiyi xəbər və məlumatlara əsaslanaraq xəbər verir ki, Şərqdə (Suriyada) vəziyyət bu anlar nəzarətdən çıxmağa doğru gedir.

ABŞ prezidenti kimyavi silahlarla öz vətəndaşlarını vəhşi kimi qıran Suriya prezidentini və Suriyanın hakim qüvvələrini heyvan adlandırmışdır. O, bu gün şərqdə baş verən hadisələrdə Suriya hakim qüvvələrini və Rusiyanı günahlandırır.

Donald Tramp son günlərdə dünya dövlətlərinə planlaşdırılmış rəsmi səfərlərini təxirə salaraq iş yerini tərk etməməsi, Rusiyanı Suriyada raketləri qarşılmağa və sonradan atılan hər bir addıma Rusyanın hazır olmasını məsləhət görməsi, Bunun cavabında Rusiya prezidentinin "Dünya nəzarətdən çıxır" deməsi, "Amerikanı bu məsələdə daha da ehtiyyatlı və düzgün qərar verməsini" vurğulaması, Suriya prezidentinin ailəsinin İrana köçürülməsi, Suriya Ordusunun ölkənin hərbi və strateji obyektlərindən qismən çıxarılması, obyektlərin boşaldılması, buna bənzər digər operativ əməliyyatların və ölkə rəhbərlərinin bu məsələdə çox gərginlik keçirdiklərini təhlil edərək belə qənaətə gəlmək olar ki, hal-hazırda Şərqdə öz güclərini nümayiş etdirən iki nəhəng dövlət bütün dünyaya gərgin anlar yaşadacaqdır.

Hərbi ekspert Əliqismət Mehdiyev
Bakifm.Az

Şərh