Dünya gərginlik və təşviş içində Rusiya və ABŞ Suriyada üz-üzə.

12 aprel 2018 23:54
Oxunma sayı: 235

Dünya gərginlik və təşviş içində Rusiya və ABŞ Suriyada üz-üzə.

"Tomahawk" tipli Amerikan qanadlı raketinin atəş anı
Bakifm.Az KİV-nin verdiyi məlumatalra əsaslanaraq xəbər verir ki, Rusiya ilə Amerika arasında çəkişmə nəzarətdən çıxır.
Donald Tramp "Rusiyanı amerikanın ağıllı raketlərini qarşılamağa" dəvət etmişdir. Ekspertlər deyirlər ki, dünya Karib böhranı dövründən bəri ən böyük süquta uğrayan gərgin bir anı yaşayır.
Suriyada dinc əhaliyə qarşı tətbiq edilən kimyəvi hücuma cavab olaraq, Amerika prezidenti Donald Trump, Suriyaya raket zərbələri endirməyə planlaşdırır. Raket zərbələrinin endirilmə vaxtları açıqlanmır.

Rusiyada buna cavab olaraq öz növbəsində Suriya ərazisini bombalayan ABŞ-ın dəniz gəmilərini və Amerika raketlərini vuracaqlarını demişdilər.
Görünür ki, rusiyanın məhz bu cavabı Trampı özündən çıxarmış və o, Rusyaya Amerikanın "ağıllı və alovlu raketlərini" qəbul etməyi tövsiyə etmişdir. Belə ifadələrdən və çəkişmələrdən sonra Rusiya ilə ABŞ arasında birbaşa qarşıdurmanın qaçılmaz olduğu görünür.
Amerika "National Interest" jurnalına müsahibə verən ekspertlər bildiriblər ki, əgər Suriyada dislokasiya olunan Rusiya qoşunları amerikalılar və ya onların müttəfiqləri tərəfindən vurularsa, Moskva buna cavab olaraq onlara qarşı güc tətbiq edəcək.
Münaqişə baş verdiyi halda ABŞ və Rusiya bir-birinə qarşı hansı qüvvələri tətbiq edəcəklərini araşdırmışdır.


Rusiyanın Suriyada silahları:

Rusiyalı analitiklər bildirmışlər ki, "əgər Rusiya qoşunları amerikalılar və ya müttəfiqləri tərəfindən vurulursa, Moskvada onlara qarşı adekvat cavab olaraq güc tətbiq edəcəkdir. Rusiya qoşunları cavab atəşi ilə amerikalıların və onların müttəfiqlərinin təkcə Yaxın Şərqdə, həm də Avropadakı bazalarını bombalamağa qadirdir. Tu-95 və Tu-160 tipli strateji bombardmançıları olan X-101 qanadlı raketləri ilə yanaşı, dəniz və sualtı gəmiləri, eləcə də qanadlı raketləri kimi yüksək dəqiqliyə malik olan uzun mənzilli silahları Moskvaya bölgədə yerləşən bütün Amerika bazalarını vurmağa imkan verir".
Onlar bu ilin fevral ayında Suriya ərazisində yerləşən S-200 uzaq mənzilli zenit-raket kompleksi ilə Rusiya İsrailin F-16 qırıcısını vurumasını xatırlanmışlar.

"Rusiyanın bir ildən çox Suriya ərazisində yerləşdirdiyi S-400 zenit-raket kompleksindən istifadə edəcəkmi?" - Bu ekspertlərdə böyük bir sual yaradır. S-400 zenit-raket kompleksi dünyada ən müasir tipli təyyarələri məhv edə bilən böyük məhvedici imkana malik bir kompleksdir. Bundan əvvəlki hücümlar və döyüşlər zamanı bu kompleksi qoşsada hələki, təyinatı üzrə tam gücüylə bu kompleksdən istifadə edilməmişdir.

Amerika gəmilərini kor etmək üçün Rusiya Suriyada yerləşdirdiyi Radio Elektron Mübarizə (REM) sistemlərindən də istifadə edə bilər.
Ehtimal olunur ki, Suriyanın Himeymim aviabazasında yerləşən bazasında Rusiya ona məxsus, bazalarında REM vasitələri olan İl-22 təyyarə və həmçinin helikopterlərin köməyi ilə əks tərəfin gəmilərini kor etməyə qadirdir.
Ruslar Amerika gəmilərinə bazalarında gəmiləri məhv edən X-31AD və X-35 tipli raketlər daşıyan Su-30SM,Su-35S, Su-24 və Su-24M təyyarələrdən zərbələr endirə bilərlər.

Bundan əlavə, Rusya Suriyada 300 kilometrlik Bastion kimi anti-gəmi kompleksləri yerləşdirilir, lakin amerikan gəmilərinin bu kompleksin məhv etmə zonasına daxil olma ehtimalı demək olar ki, yoxdur.
Bununla yanaşı, Suriyanın Tartus şəhərində yerləşən Rusiya döyüş gəmiləri zərbələrdən yayınmaq üçün daimi yerləşmə (dislokasiya) yerlərini tərk etmişlər.

ABŞ və müttəfiqlərinin silahları

"National Interest" jurnalının verdiyi məlumatlara görə ABŞ və onun müttəfiqləri Suriyayadakı strateji məntəqələrə "Tomahawk" və yaxud "AGM-86C" tipli qanadlı raketlərdən, F-22 Raptor tipli 5-ci mərhələ təyyarələrindən, Northrop B-2 Spirit strateji bombardmançılardan zərbələr endirə bilər.
Hərbi mütəxəssislər qeyd edirlər ki, ABŞ silahlı qüvvələri bir münaqişədən başqa bir münaqişəyə keçən zaman heç vaxt təkrara yol vermir və həmişə böyük səylə hərəkət edirlər.

Eyni zamanda ABŞ-ın hava və dənizdə yerləşən qanadlı raketlər kompleksi, ilk növbədə rəqibin əsas hədəflərini məhv etməyə, Hava Hücümündan Müdafiə sistemlərini, dövlət və hərbi nəzarət sistemlərini sıradan çıxarmağa qadirdir.

Bu qarşılaşmada ABŞ HDQ-nə məxsus gəmilərindən və kreyserlərindən idarə olunan qanadlı raketlərdən, çox hədəfli sualtı gəmilərdən, F-15, F-16, F-22, F/A-18 taktiki təyinatlı qırıcılardan, В-1В, В-2А, В-52 strateji bombardmançılardan, həmçinin reaktiv qırıcılardan istifadə edə bilər.

Suriyaya qarşı tətbiq olunan bu zərbələrdə İngiltərə və Fransa da iştirak etməyi planlaşdırır. Artıq qanadlı raketləri ilə təhciz olunmuş ABŞ-ın HDQ-nin sualtı gəmisi Suriyaya zərbələr endirmək məqsədi ilə, təyin olunmuş bölgəyə yan almışdır.
Döyüşdə iştirak etmək üçün komanda gözləyən mina daşıyan eskadrilalar da Aralıq dənizində növbə çəkir.
Müasir HHM sistemləri təhciz edilmiş "Duncan" tipli dağıdıcı gəmi onlara hücüm edən Rus raketlərini vurmağa qadirdir. Döyüşə həmçinin Kiprdə dislokasiya olunan Hərbi Hava Qüvvələrinin yüksək sürətli qırıcılarıda qoşula bilər.
Bu bölgədə Böyük Britaniyaya məxsus uçuşları ən alçaq hündürlükdə dəqiq zərbələrlə həyata keçirə bilən "Tornado" tipli reaktiv təyyarələr, bomba zərbələri endirən "Typhoon" və həmçinin idarə olunan avia bombalarla təhciz olunmuş "Paveway" qırıcılar yerləşdirilmişdir. Bundan əlavə, arsenalda "Hellfire" raketləri ilə təhciz olunmuş "Reaper" dronlar vardır.



Fransa təyyarələri Fransa aerodromlarından havaya qalxan kimi Suriyadakı hədəfləri vura bilərlər.
Eyni zamanda ABŞ HDQ-nə məxsus " Harry S. Truman" aviadaşıyıcısı Aralıq dənizinə yan almışdır. Bununla yanaşı Suriyaya zərbələr endirmək üçün 2 dağıdıcı gəmi artıq döyüş mövqeyində dayanmışdır.
Amerikaya məxsus "Porter" və "Donald Cook" tipli dağıdıcı gəmilərində hal-hazırda Aralıq dənizində döyüşə hazır olmaları bildirilir. Bu gəmilərdən əvvələrdə Suryaya zərbələr endirilmişdi.

Suriyanın əsas potensiallı hədəfləri

"New York Times"-ın verdiyi məlumata görə Ağ ev əvvəlkilərdən fərqli olaraq bu dəfə geniş miqyaslı əməliyyat aparmaq istəyir.
ABŞ Suriyanın əsas dövlət və hərbi obyektləri olan Komanda Məntəqələrini, kimyəvi silah-sürsat anbarlarını, aerodromlarını və anqarlarını dəqiqləşdirmişdir. Döyüş əmri verildikdə zərbələr bu obyektlərə endiriləcəkdir.

Müharibənin ehtimalı

Rusiyanın BMT-dəki nümayəndəsi Vasiliy Nebenziya Suriyada ABŞ və onun müttəfiqlərini Rusiyanı müharibəyə çəkməkdə günahlandırmış və "Allh eləməsin ki, Rus əsgəri yaralana" deməklə Rusiyanında bu aresiyaya layiqli cavab verəcəyini vurğulamışdır.
"Stratfor" qeyd edir ki,bu əməliyyatın miqyası yaralanan və məhv edilən rus hərbiçilərindən yoxsa rus muzdlularından ibarət olmasından asılıdır
"National Interest" jurnalı da qeyd edir ki, dünya iki nəhəng dövlətin çəkişməsiylə rastlaşa bilər ki, buda gələcəkdə Rusiya ilə Amerika arasında açıq müharibəyə gətirib çıxara bilər. Dünya Karib böhranı dövründən bu yana böyük bir süquta uğraya bilər. Nəticədə partlayış olacaq və gələcəkdədə belə böhranların qarşısını almaq çox çətin olcaqdır.
Ekspertlər hesab edirlər ki, nüvə silahları ilə silahlanmış bu iki dövlət arasında münaqişənin qızışması və nəzrətdən çıxması vəziyyəti dahada mürəkkəbləşdirir. Vəziyyət nəzarətdən çıxır artıq.

Şərh