Salyanda qəza zamanı polis öldü.

16 aprel 2018 14:50
Oxunma sayı: 272

Salyanda qəza zamanı  polis öldü.


Salyanda avtomobil qəzası baş vermişdir. Baş verən qəza zamanı qəzada 24 yaşlı polis zabiti dünyasını dəyişdi... Allah rəhmət eləsin. Valideynlərinə, doğmalarına və yaxınlarına səbr diləyirik.

Bakıfm.az-ın bölgə əmakdaşlarının verdiyi məlumatlara görə ötən gecə Salyan-Neftçala yolunun Salyanın Kürqaraqaşlı kəndindən keçən hissəsində baş vermiş avtomobil qəzası nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasınını dəyişmişdir. İlkin versiya kimi, hadisəyə səbəb yüksək sürət olmuşdur. Yüksək sürətlə idarə olunan 47 BE 630 dövlət nişanlı, "Lada Priora" markalı avtomaşın idarəetməni itirərək, aşan zaman youn kənarında basdırılmış dirəyə çırpılmışdır. Ağır xəsarət alan sürücü 24 yaşlı Neftçala rayon sakini, Neftçala rayonu Aşağı Surra kəndinin sahə müvəkkili, polis baş leytenantı Rza Hicran oğlu Niftəliyev hadisə yerində dünyasını dəyişmişdir.

Qəzada həyatını itirmiş gənc polis zabitinin ailənin yeganə övladı olduğu deyilir.
Allah rəhmət etsin. Amin

Şərh