Ağır yüklü yük maşını qəza törətdi (VİDEO)

16 aprel 2018 15:21
Oxunma sayı: 249

Ağır yüklü yük maşını qəza törətdi (VİDEO)


Salyanda İrandan Rusiyaya yük (kələm) aparan TIR aşmışdır.

Bakıfm.az-ın bölgə əmakdaşlarının verdiyi məlumatlara görə bu dün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonundan keçən 32-ci km-də kələmlə yüklənmiş TIR aşmışdır.

Qazaxıstan vətəndaşı Ruslan Axaboviç Mamayevin idarə etdiyi Rusiya dövlətinə məxsus "Volvo" markalı, P 787 PK dövlət nömrə nişanlı yük maşını köhnə yoldan təzə yola keçərkən sürət həddini nizamlaya bilməməsinə görə idarəetmədən çıxaraq aşmışdır.

Hadisə nəticəsində xəsarət alan olmasada avtomovilə maddi ziyan dəymişdir.

Faktla bağlı DYP-də araşdırmalara başlanılmışdır.


Şərh