Milli komandamız Qazaxıstan millisiylə yoldaşlıq oyunu keçirəcəkdir.

17 aprel 2018 11:03
Oxunma sayı: 313

Milli komandamız Qazaxıstan millisiylə yoldaşlıq oyunu keçirəcəkdir.

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Bakifm.az AZƏRTAC-dan alığı məlumata əsaslanaraq xəbər verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astanada Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcəklər.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.

Şərh