Serj Sarkisyan vəziyyətə nəzarət etmir

20 aprel 2018 23:39
Oxunma sayı: 320

Serj Sarkisyan vəziyyətə nəzarət etmir


Ermənistanın baş naziri Serj Sarkisyan vəziyyətə nəzarət etmir.

Bakifm.Az-ın news.am-a istinadən verdiyi xəbərə görə, bunu bu gün İrəvanda mitinqdə çıxış edən “Mülki müqavilə” partiyasının lideri, deputat Nikol Paşinyan bəyan edib.

N.Paşinyan deyib ki, artıq Hakimiyyətlə dialoqa-hökumətlə danışıqlara başlanılıb. “Çünki xalq artıq hakimiyyəti ələ alıb”, deyə deputat əlavə edib.

Onun sözlərinə görə, bu gün ölkədə etirazlar daha kütləvi xarakter daşıyıb, nümayişçilərin sayı digər günlərlə müqayisədə artıb, bəzi ali məktəblərin tələbələri isə dərslərdən imtina edib.

N.Paşinyan həmçinin etirazçıların tələblərini səsləndirib: “Serj Sarkisyan istefa verməli, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazir seçilməli və müvəqqəti hökumət yaradılmalıdır”.

Şərh