Ermənistanda "məxməri inqilab" yoxsa....

21 aprel 2018 11:15
Oxunma sayı: 357

Ermənistanda "məxməri inqilab" yoxsa....


Bakifm.Az Корреспондент.net-in verdiyi məlumatlara əsaslanaraq xəbər verir ki, Ermənistanda kütləvi mitinqlər davam edir. Müxalifətçilər artıq Ermənistanda "məxməri inqilabın" başlandığını qeyd edirlər.

Mitinqin keçirilməsinə və belə miqyasdan çlxmasına Serj Sarksiyanın Ermənistanda 2 dəfə prezident seçildikdən sonra ölkə parlementi tərəfindən ölkənin baş naziri kimi təsdiq olunması səbəb olmuşdur.

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Beynəlxalq əhəmiyyətli transport yollarının blokadaya alınması barədə məlumat vermişdir. "Bu gün çox əhəmiyyətli gündür. biz yük maşınları ilə yolların bağlanması əməliyyatına başlayırıq" - Bunu öz Fecebook səhifəsində paylaşan Nikol Paşinyan demişdir. O həmçinin onuda qeyd etmişdir ki, "müxalifətin tam qələbəsinə bir neçə gün qalmışdır".

Məlumat üçün bildiririk ki, müxalifətin mitinqi aprelin 13-dən başlamış və bu günə kimidə davam edir. Müxalifat prezidentlik dövründə Serj Sarksiyanı ölkəni düzgün idarə edə bilməməsi nəticəsində ölkənin iqtisadi potensialının zəifləməsində günahlandırır.

Onu da qeyd edək ki, müxalifətin belə mitinqlərə başlanımasına baxmayaraq Ermənistan parlamenti Ermənistanda 2 dəfə prezident seçilən keçmiş prezident Serj Sarksiyanı baş nazir təyin etmək üçün konstitusiyalarında dəyişiklik edərək, onu ğlkənin baş naziri təyin etmişlər.

Şərh