Salyanda "Mersedes" yarı bölündü (VİDEO)

28 aprel 2018 12:18
Oxunma sayı: 296

Salyanda "Mersedes" yarı bölündü (VİDEO)


Salyanda ölümlə nəticələnən dəhşətli yol hadisəsi baş vermişdir.

Qəza nəticəsində "Mersedes S" markalı minik maşını 2 yerə parçalanmışdır. Qəza nəticəsində "Mersedes S"- də olan iki nəfər (sürücü və sərnişin) həlak olmuşdur.

Bakifm.Az-ın bölgə əmakdaşlarının verdiyi məlumatlara görə ötən gecə saat 2 radələrində Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhərindən keçən yolun 54-cü km-də 2 nəfərin ölümüylə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş vermişdir.

Lənkaran şəhər sakini 42 yaşlı Zaur Fərzalı oğlu Hüseynovun idarə etdiyi 42 BU 105 dövlət nömrə nişanlı, mişar daşı yükləmiş "Kamaz" markalı yük maşını Astara istiqamətində hərəkətdə olarkən ona əks istiqamətdə hərəkət edən 27 yaşlı Neftçala rayonun Beş deli kənd sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi "Mersedes S" markalı minik maşınına çırpılıb. Toqquşma zamanı zərbə o qədər güclü olmuşdur ki, "Mersedes" markalı minik maşını yarı bölünərək 2 hissəyə parçalanmışdır.

Minik avtomobilinin bir hissəsindən sıxılıb qalmış sürücünün və sərnişinin Neftçala rayonunun Qardaşbəyli kəndinin 26 yaşlı sakini İlqar Əbil oğlu Abbasovun cəsədləri hadisə yerinə gəlmiş FHN xilasediciləri tərəfindən çıxarılaraq, aidiyyatı üzrə təhvil verilmişdir

Faktla bağlı araşdırma aparilir.



Şərh