Şamaxı sakini göldə çimərkən boğuldu

29 aprel 2018 11:51
Oxunma sayı: 239

Şamaxı sakini göldə çimərkən boğuldu

Şamaxı rayon sakini göldə çimərkən batıb. Hadisəyə ilkin səbəb kimi boğulan şəxsin içkili vəziyyətdə göldə çimməsi olmuşdur.

Bakifm.Az-ın yerli bürosunun verdiyi xəbərə əsaslanaraq məlumat verilir ki, Şamaxı rayon sakini, 1985-ci il təvəllüdlü Nuriyev Mübariz Məhəmmədəli oğlu Şamaxı ərazisində olan Şirvangölün kənarındakı kafedə dostu ilə yeyib-içdikdən sonra göldə çimmək istəyib.

Sərxoş olan Mübariz Nuriyev Şirvangöldə çimərkən ehtiyatsızlıq səbəbindən suda boğulub. Hadisə yerinə gələn polis əməkdaşlarının və yaxınlıqdakı insanların köməyi ilə M.Nuriyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərh