Angela Merkel, Avropa İttifaqını və Almaniyanı öz üzərlərinə böyük məsuliyyət götürməyə çağırmışdır.

29 aprel 2018 14:43
Oxunma sayı: 211

Angela Merkel, Avropa İttifaqını və Almaniyanı öz üzərlərinə böyük məsuliyyət götürməyə çağırmışdır.


Bakifm.Az Корреспондент.net-in verdiyi məlumata əsaslanaraq məlumat verir ki, Almaniya kansleri Angela Merkel, Avropa İttifaqını və Almaniyanı öz üzərlərinə böyük məsuliyyət götürməyə çağırmışdır.

Almaniyanın kansleri Angel Merkel demişdir ki, Avropa İttifaqı və Almaniya üzərlərinə böyük məsuliyyət götürməlidirlər.

AFR-nın kansleri Angel Merkel ABŞ prezidenti Donald Trampla birgə keçirdiyi görüş zamanı mətbuat konfransında demişdir ki, Almaniya və Avropa dövlətləri güclü tərəfdaş kimi üzərlərinə böyük məsuliyyət götürməlidirlər.

"Müharibədən 70 ildən çox müddət vaxt keçmiş və inkişaf üçün artıq yeni bir zaman gəlmişdir" - deyə kansler bildirib.

Onun sözlərinə görə, Avropalılar onu qəbul edə bilməz ki, qarşıdurmalar bizim ölkələrin astanasında baş verdiyi zaman, kimsə kənardan gəlib bizi xilas etsin.

O həmçinin qeyd etmişdir ki, "Biz öz bacarığımızı, tövhəmizi verməliyik və yaxın vaxtlarda bizim verdiyimiz bu tövhələr artmalıdır". Bu hərbi müdaxilələrə, başqa dövlətlərə edilən yardımlara və miqrasiya səbəbləri ilə mübarizə aparmalara aiddir.

O demişdir ki, bu miqyasda Almaniya "öz rolunu oynamağı öyrənməlidir"

Angela Merkel etiraf etmişdir ki, "AFR - böyük və güclü iqtisadi dövlət olmasına baxmayaraq biz hərbi və siyasi sferada hələ çox işlər görməliyik".

O, eyni zamanda Transatlantik əlaqələrin son dərəcə əhəmiyyətlii olmasını və Avropa ittifaqının ABŞ, eyni zamanda NATO ilə etibarlı tərəfdaşlığın vacibliyini vurğulamışdır.

Əvvəllərdə o, demişdi ki, avropalılar öz güclərinə arxayın olmalıdırlar

Angela Merkelin bu fikirləri ilə Avro komisyanın başçısı Jan-Klod Yunkerdə dəstəkləmiş və demişdir ki, Avropa öz məsuliyyətini dərk etməli və bilməlidir ki, əvvələr olduğu kimi ABŞ-a güvənməli deylik.

Şərh