ABŞ Ukraynaya tankların qənimi olan “Javelin” komplekslərini göndərib (VİDEO)

30 aprel 2018 22:00
Oxunma sayı: 245

ABŞ Ukraynaya tankların qənimi olan “Javelin” komplekslərini göndərib (VİDEO)


Bakifm.Az Корреспондент.net-in verdiyi məlumata əsaslanaraq məlumat verir ki, ABŞ Ukraynaya tankların qənimi olan “Javelin” komplekslərini göndərib. ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi bu barədə aprelin 30-da “RİA Novosti”yə açıqlama verib.

“Artıq bu silahları biz Ukraynaya çatdırmışıq”, - deyə rəsmi məsələni ətraflı şərh etməkdən imtina edib.

Qeyd edək ki, ABŞ hökuməti 2017-ci ildə müxtəlif silahların o cümlədən, “Javelin” tank əleyhinə raket komplekslərinin Ukraynaya tədarükünü təsdiqləyib.

Kiyevin çoxsaylı səylərinə baxmayaraq, Trampdan əvvəl ABŞ-da hakimiyyətdə olmuş Obama administrasiyası adı çəkilən silahın Ukraynaya tədarükünə razılaşmırdı.

Qeyd etmək istərdik ki, Rusya tank əlehinə olan "Javelin" kompleksinin Ukaraniyaya verilməsinə qarşı çıxışlar etmişlər. Rusiyanın gətirdyi əsaslara görə bu kompleksin Ukraynaya verilməsi Donbasda stabilləşmənin pozulmasına şərait yaradacaq.

Bu kompleks barədə Analitiklərin gəldikləri nəticə isə Rusiyanın gətirdiyi statdan tamamilə fərqlənir. Kompleksin döyüş parametrləri çox yüksək və dəqiqdir. Kompleks Əfqanıstanda, Suriyada və İraqda sınaqdan keçmişdir.



Şərh