Ukrayna ordusu Donbasda əməliyyatlara başlayır.

01 may 2018 01:03
Oxunma sayı: 204

Ukrayna ordusu Donbasda əməliyyatlara başlayır.


Bakifm.Az xəbər verir ki, Ukrayna təhlükəsizlik qüvvələrinin Donbas bölgəsində terrora qarşı apardığı əməliyyat başa çatıb. Bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko məlumat verib.

Poroşenko qeyd edib ki, artıq ordu Donbasda əməliyyata başlayacaq: "Bu adi bir format dəyişikliyi deyil. Bu, Ukrayna torpaqlarının və ukraynalıların qorunması üçün yeni bir fürsətdir. Ukrayna hər bir qarış torpağı üçün mübarizə aparmağa davam edəcək".

Məlumat üçün nəzərinizə çatdırırıq ki, bu ilin əvvəllərində Ukrayna dövləti qərar qəbul etdi ki, prezident sülh dövründə bölgədə istənilən zaman Silahlı Qüvvələrdən istifadə edə bilər. Başqa sözlə prezident "ölkənin süverenliyini təmin etmək" məqsədi ilə istənilən an müharibə elan etmədən Ordudan istifadə edə bilər.

Bu yaxınlarda tanınmamış LXR respublikasının Xalq milisi Donbasa Ukaryna Ordusu tərəfindən ağır hərbi texnika və silahların gətirilməsi barədə məlumat verirlər. Eyni zamanda onlar LXR ilə Kiyev arasında olan təmas xəttinə Ukrayna Ordusunun cəmləşəməsi faktını təsdiq edirlər.

Şərh