Nikol Paşinyana Ermənistan Baş nazir postunu tutmaq nəsib olmadı.

01 may 2018 22:30
Oxunma sayı: 222

Nikol Paşinyana Ermənistan Baş nazir postunu tutmaq nəsib olmadı.



Ermənistanın müxalifət lideri Nikol Paşinyana Ermənistan Baş nazir postunu tutmaq nəsib olmadı.


Bakifm.Az xəbər verir ki, bu gün may ayının 1-də Ermənistan parlamentin milli yğıncağı ölkənin Baş nazirini seçə bilməmişdir. Mitinq lideri olan vahid namizəd N.Paşinyana Baş nazir kimi təsdiq olunması üçün lazım olan 53 səsdən 45 deputat onun seçilməsinin lehinə, 58 deputat isə əlehinə səs vermişdir.

İclas zamanı Parlamentdə 105 deputatdan 58-i ölkəni idarə edən Respublikaçılar partiyasının deputatları N.Paşinyanı dəstəkləməmişdir.

Qələbəni sona kimi davam etdirmək məqsədi ilə Ermənistanda yenidən etirazçılar ayağa qalxmışllar.

7 gündən sonra təkrar səsvermə keçiriləcəkdir. Əgər bu dəfə də N.Paşinyanın Baş nazir postuna təyinatı baş tutmayacaqsa, belə olduğu halda Ermənistan konstitutiyasına əsasən ölkənin prezidenti parlamenti buraxmalı və 30-45 gün müddəti ərzində ölkədə yeni parlament seçkiləri keçirilməlidir. Bu halda yeni seşilmiş parlament Baş nazir postuna yeni namizədlər irəli sürürlər.

Şərh