İqtisadi problemlərə görə Rusiya ilk dəfə olaraq öz hərbi büdcələrini azaltdı.

02 may 2018 11:02
Oxunma sayı: 207

İqtisadi problemlərə görə Rusiya ilk dəfə olaraq öz hərbi büdcələrini azaltdı.


Bakifm.Az xəbər verir ki, Rusiya 1998-ci ildən bəri ilk dəfə olaraq 2016-cı illə müqayisədə 2017-ci ildə hərbi xərclərini azaldıb 20 faiz azaldaraq, 66,3 milyard dollara çatdırıb.

Bununla bağlı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında məlumat yerləşdirilib.

Hesabatda bildirilir ki, “Silahlı Qüvvələrin modernləşdirilməsi Rusiya üçün prioritet olaraq qalsada, hərbi büdcə ölkənin 2014-cü ildə qarşılaşdığı iqtisadi problemlərə görə azaldılıb”

Müqayisə üçün məlumat veririk ki, bununla yanaşı, Qərbi və Mərkəzi Avropa ölkələri hərbi xərclərini 12 və 1,7 faiz artırıb. Bu proses, NATO-ya üzv ölkələrin müdafiə xərclərini artırmaqla bağlı razılaşmasına əsasən baş verib.

Alyansın üzv ölkələrinin 2017-ci ildəki ümumi hərbi xərcləri 900 milyard dollar olub.

Reytinq sırasında birinci yerdə ABŞ (610 milyard dollar), ikinci yerdə Çin (228 milyard dollar), üçüncü yerdə Səudiyyə Ərəbistanı (69,4 milyard dollar) qərarlaşıb. Rusiya dördüncü, Hindistan isə 63,9 milyard dollarla beşinci olub.

Şərh