ABŞ Avropada öz mövqeyini möhkəmləndirir.

03 may 2018 01:03
Oxunma sayı: 210

ABŞ Avropada öz mövqeyini möhkəmləndirir.


Bakifm.Az xəbər verir ki,ABŞ zirehli Tank briqadasını Polşaya göndərir. Amerika Polşa ərazisində, ümumiyyətlə isə Avropada öz hərbi gücünü və kontingentini artırmaqda (gücləndirməkdə) davam edir.

Daimi yerləşmə yeri Texasın Fort Hood şəhərində olan Amerikaya məxsus zirehli tank briqadası Avropaya köçürülür. Yerləşıdirmə əməliyyatına bu ilin yayında başlanılacaqdır. Briqada yerdəyişmə edərək Avropada yerləşən ikinci zirehli tank briqadasını dəyişəcək və tərkibini gücləndiriləckdir.

Beləliklə, Avropada şəxsi heyyətlə və texnika ilə tam silahlanmış bir zirehli tank briqadası yaradılacaqdır. Briqada təxminən 4000 əsgərdən, 90 "Abrams" tankından və "Bradley" döyüş maşınından, 18 Paladin özüyeriyən artileriya qaubusalarından və müxtəlif növ nəqliyyat vasitələrindən ibarət olacaqdır.

Qeyd olunur ki, bununla yanaşı keçən il Amerika və Polşa arasında Patriot sisteminin Polşada yerləşdirilməsi haqqında müqavilədə imzalanmışdır.

Şərh