Rusiya Müdafiə xərclərini azaldaraq əsas gücünu Sovetdən qalma zirehli texnikaların modernləşdirilməsinə yönəldir (VIDEO

04 may 2018 00:38
Oxunma sayı: 251

Rusiya Müdafiə xərclərini azaldaraq əsas gücünu Sovetdən qalma zirehli texnikaların modernləşdirilməsinə yönəldir (VIDEO


Rus rublunun dəyərinin düşməsi ilə əlaqədar olaraq planlı şəkildə Rusiya öz Müdafiə xərclərini azaldır. Eyni zamanda demək olar ki, kohnəlmiş və silahlanmadan çıxarılmış hərbi texnikaları üzərində modernləşmə aparılır. Rusiyada müdafiə xərclərinin azalması 2017-ci ilin ən gündəmdə olan hadisəsi kimi yadda gəldi. Rusiya höküməti bu il əvvəlki illə müqayisədə silahlanmaya 20% az xərc ayırdı.

Eyni zamanda Rus Ordusunda indiyə kim Silahlanmada və saxlanclarda olan hərbi texnikaların modernləşməsinə xüsusi diqqət ayırıb. Çox maraqlıdır ki, bu ilin mart ayında Rusiya prezidenti V.Putin dünyanı unikal və əlverişsiz raketləri ilə hədələdiyi bir vaxtda "Rusiya köhnəlmiş sovet istehsalı olan texnikları modernləşdirir" xəbərləri gündəmə gəlir.

Bəzi analitikləri bu xəbər çox düşündürür və onlar üçün bu qərarın araşdırılması bu gün gündəmin əsas məsələlindən vacibi olaraq qalır.

Çox maraqlıdır ki, dünyanın əksər ölkələrində müdafi xərclərinə ayrılan maliyyə artdığı bir vaxtda Rusiyada bu xərclər azalır. May ayının 2-də SİPRİ Stokholm dünya problemləri araşdırma institutu bu məsələyə öz məruzələrində geniş yer vermişdir. SİPRİ-nin verdiyi məlumatlara əsasən 2017-ci ildə Moskvada 1998-ci ildən bu ilə kimi, keçən 18 il ərzində ilk dəfə olaraq müdafiə xərclərinə 20% az maliyə ayrılmışdır. Beləliklə, ölkənin hərbi xərclərin payı 5,5 faizdən 4,3 faizədək azalıb.

Rusiyanın öz qoşunlarını Suriyada yerləşdrməsinə və Qərblə qarşıdurmasına baxmayaraq, Rusiya prezidenti Vladimir Putin hələ 2016-cı ildə müdafiə xərclərinin azaldılmasını elan edib.

2017-ci ilin dekabrında, o qeyd edib ki, 2018-ci ildə Rusiya müdafiə xərclərinə 45 milyard rubl sərf edəcək və Bu halda, artıq Rusiya SIPRI reytinqində dördüncü yerdən doqquzuncu yerə enəcəkdir.

Burada büdcə planlaşdırılmasında azalma ilə yanaşı, Rusiya valyutasının kəskin ucuzlaşması və öz dəyərini itirməsi faktoru da rol oynayıb. Beləliklə, müqayisə edildikdə Rusiya müdafiə xərcləri 2013-cü ildən 2016-cı ilə qədər rus rublu ilə 39,5 faiz, dollarla isə 19,1 faiz artıb.

Müqayisə üçün isə demək olar ki, ümumilikdə, il ərzində dünyada müdafiə xərcləri 2,2 faiz artmışdır. Bu sahədə müdafiə xərclərinə əsas maliyə qoyan Çin, Səudiyyə Ərəbistanı, Hindistan və digər Asiya ölkələri olub.

ABŞ hərbi xərcləri hələ də dünyanın ümumi dəyərinin 35% -ni təşkil edir - 610 milyard dollar. Vaşinqton, Pekindəki ən yaxın rəqibi üzərində 2.7 dəfə, Ağ Ev isə 2018-ci ildə müdafiə xərclərini 700 milyard dollara çatdırmağa söz verib.

Dünyada ilk onluğa Hindistan, Fransa, Böyük Britaniya, Almaniya, Yaponiya və Cənubi Koreya da daxil olub.

2017-ci ildə bu istiqamətdə ən aktiv ölkələr Orta və Şərqi Avropa ölkələri idi. Onların hərbi xərcləri orta hesabla 12 faiz artıb. Litva və Latviyanın xərcləri isə 21 faiz artıb. Yalnız bu bölgələrdə deyil, bu sahədə rekord nəticə əldə edən Rumıniya, 2017-ci ildə müdafiə gücünü 2 dəfə artırdı.

NATO-nun Qara dəniz tərəfdən Rusiyaya yaxınlaşdığı bir zamanda Rusiyanın belə bir addım atması çox maraqlıdır və eyni zamanda da aydındır. Maraqlıdır ona görə ki, dünya dövlətləri silahlandığı və hərbi gücünü artırdığı bir vaxtda Rusiya əksinə olaraq hərbi müdafiə xərclərini azaldır.

Bu qərarın bir səbəbi kimi Rus rublunun dəyərdən düşməsi göstədirilirsə, digər tərəfdən isə Rusiya tərəfi müdafiə xərclərini azaltmaqda əsas məqsədini silahlanmasında olan köhnə texnikalarının modernləşdirlməsində görür. Və qeyd edilir ki, büdcənin belə zəiflədyi bir vaxtda Rusiyada neçə illirdən bu vaxta qalmış çoxlu köhnəlmiş və çürümələrə məruz qalmış hərbi texnika və silahları modernləşdirmək daha düzgün olardı.

Rusiya Müdafiə xərclərini azaldaraq əsas gücünu Sovetdən qalma zirehli texnikaların modernləşdirilməsinə yönəldir (VIDEO


Rusiya generalları verilən suallara birbaşa cavab verməsələrdə, hal hazırda RF-na çoxlu sayda zirehli dəmir texnikalraın lazım olmasını, sənayenin bu tələbləri yerinə yetirməkdə çətinlik çəkməsini və bu səbəbdəndə silahlanmda olan hərbi texnikalrın reanimasiya olunaraq yeniləşməsinə ehtiyac olduğunu vurğulayırlar.

Rusiya Müdafiə xərclərini azaldaraq əsas gücünu Sovetdən qalma zirehli texnikaların modernləşdirilməsinə yönəldir (VIDEO


Rusiya Müdafiə xərclərini azaldaraq əsas gücünu Sovetdən qalma zirehli texnikaların modernləşdirilməsinə yönəldir (VIDEO


Bu texnikalrın sayı təxminən 6000-ə yaxındır. Modernizasiya olunan döyüş maşınlarına 25-30 il silahlanmada olan T-80 tanklları və "muzey eksponantı" sayılan 1979-cu ilə qədər istesal olunan PDM (BMP-1)-dir.



Hərbi ekspert
Əliqismət Mehdiyev



Şərh