"Rosnefti"in vitse prezidenti: "Ermənilər siz kimə lazımsınız axı?!" (VİDEO)

05 may 2018 23:43
Oxunma sayı: 593

"Rosnefti"in vitse prezidenti: "Ermənilər siz kimə lazımsınız axı?!" (VİDEO)



Rusiyanın “Rosneft” neft şirkətinin vitse-prezidenti, məşhur jurnalist Mixail Leontyev “Komsomolskaya pravda” radio proqramında Ermənistanda baş verən hadisələrlə bağlı ermənilərə qarşı kəskin çıxış edib.

Görünən odur ki, Rusiya Ermənistanı əldən vermək istəmədiyi üçün Ukrayna hadisələrinə yanaşdıqları kimi, son anda Ermənistana qarşı eyni qayda ilə siyasi hücumlara başladı. Ukraynada hadisələr başlamazdan öncə Ukrayna Ermənistan kimi Rusiyaya qardaş bir dövlət idi. Hadisələr baş verdikdən sonra qardaş olan Ukrayna Rusiya üşün düşmənə çevrildi. Eyni oxşar hadisələr Ermənistanla münasibətdə də reallaşır.

Verilişdə çıxış edən Leontyev bildirib ki, "Rusiya Ermənistanı qanı və həyatı bahasına xilas edib. Ermənistan siyasi, iqtisadi, fiziki və maddi cəhətdən Rusiya üçün ağır bir yükdür. Biz qazımızla, pulumuzla, qanımızla, ordumuzal bu xalqı bəlalardan xilas etmişik. Siz bizdən başqa heç kimə lazım deyilsiz!" O, çox aqresiv, kəskin və çox əsəbi halda ermənilərin ünvanına demişdir ki, “Ayrılmaq” istəyirsinizsə, rədd olun ayrılın! Siz kimə lazımsınız axı?”.

Çox maraqlı deyilmi? Görəsən bu Rus qardaşları Erməniləri kimdən və nə məqsəd üçün belə qoruyublar? Çox təssüf ki, Leontev Ermənilərin Ruslar tərəfindən İrəvanda və Qarabağda yerləşdirlməsi, Cənubi Qafqaza köçürülməsi və Azərbaycan ərazilərinə yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesini söyləməyi unutmuşdur.

Amma Rusiyanın “Rosneft” neft şirkətinin vitse-prezidenti, bu ifadələri çox sərt və kəskin formada ifadə edir. Görən belə sərt və kəkin sözləri deməyi onlara nə məcbur edir? Sərt ifadələr və əsəbilik zəifliyin əlamətidir desək yəqin ki, yanılmarıq. Görən bu qəzəbli və sərt çıxışların özəyində Rusiyanın Qərb qarşında zəfliliyi yoxsa öz itini vəfasızlıqda günhlandırması durur?

Veriliş zamanı Ermənistanı “boğmaq”, eləcə də, “ermənilər qardaş xalq Azərbaycanla Rusiyanın dostluğuna mane olur” fikirlərini səsləndirilib. Amma bununla yanaşı, eyni zamanda verlişin qonaqları çıxışları zamanı bizim Azərbaycan barəsində də siyasi, qərəzli, yanlış və məkirli fikirlər yürütmüşlər.

Unutmaq lazım deyil ki, Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdilir.



Hərbi ekspert
Əliqismət Mehdiyev

Şərh