Rusiyada minlərlə mitinq iştirakçıları saxlanıldı. (VİDEO)

06 may 2018 00:59
Oxunma sayı: 532

Rusiyada minlərlə mitinq iştirakçıları saxlanıldı. (VİDEO)

Bakıfm.Az "koorespondent-net"-in verdiyi məlumatlara əsaslanaraq xəbər verir ki, Rusiyada Rusiya prezidenti seçilən V.Putinə qarşı keçirilən etiraz aksiyasında polislər tərəfindın saxlanılanların sayı Moskvada 704-ə, Sankt-Peterburqda 229-a, Çelyabnskdə 164-ə, Yakutskda 75-ə, Astarxanda isə 69-a çatmışdır. Ümumilikdə isə bu şəhərlərlə yanaşı Rusiyanın Krasnoyar, Kemerova, Kaluqa, Ekaterinburq, Saratov, Voronej və bu kimi başqa şəhərlərində də saxlanlma faktları qeydə alınmışdır. Saxlanılanların ümumu sayi 1607 nəfər olmuşdur.

Etiraz aksiyaları Rusiyanın 23 şəhərində keçirilmişdir. Etiraz edənlərin əsas şuarları "Putin bizə çar deyil", "Çarizmə son deyək", "Rusya azad olacaqdır" olmuşdur. Bu aksiyalar yanvarın 29-dan başlamışdır. Son aksiya apreilin 30-da olmuşdu. O zaman kütləvi həbslər olmasada, son günlər artıq dövlət tərəfindən kütləvi həbslərə başlanılmışdır.

Navalnı tərəfdarları və rəqibləri arasında da qarşıdurmalar olmuşdur. Polis eyni zamnda aktivistlərə hücum edən kazak forması geymiş insanlarıda nəzarətə götürmüdür.

Ancaq bəzi jurnalistlər xəbər verir ki, bu aksiyalarda kazaklar hüquq-mühafizə orqanları adı altında hərəkət edirdilər.

Polislərin və KİV-n verdiyi məlumatlara görə guya Moskvada etirazçıların sayı 1,5 min nəfər və bu qədər də Sankt-Peterburqda olmuşdur. Bu rəqəmləri saxlanılanların sayı ilə müqayisə etdikdə etirazçıların sayının təhrif olunması ehtimal olunur.

Məlumat üçün bildırmək istəyirik ki, V.Putin 1999-cu ildən etibarən artıq 4-cü dəfədir ki, Rusiyada prezident seçilir.





Hazırladı
Əliqismət Mehdiyev

Şərh