Türkiyə Suriyada terrorçulara qarşı yeni əməliyyat keçirməyə hazırdır.

07 may 2018 18:31
Oxunma sayı: 206

Türkiyə Suriyada terrorçulara qarşı yeni əməliyyat keçirməyə hazırdır.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Suriya ərazisindəki terrorçu qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməyə hazırdır.

Bakifm.Az "Reuters"-in verdiyi məlumatlara əsaslanaraq xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan söz verdi ki, Suriya ərazisində terrorçu qüvvələr olan Kürd silahlılarına qarşı yeni əməliyyatlar aparacaqdır. Bizim əsgərlər buna hazırdırlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanun bu bəyanatına qarşı Kürdlər Türk əsgərlərinə Afrində "partizan kabusu" yaşadacaqları ilə hədələmişlər.

Məlumat üçün bildiririk ki, Türkiyə Ordusu tərəfindən Siriya Kürd terrorçularına qarşı həyata keçirilən "Zeytun budağı" hərbi əməliyyatı bu il yanvarın 20-dən başlayaraq martın 18-də tam uğurla başa çatdı. Nəticədə Türkiyə Ordusu Suriyanın Afrin şəhərini və onun ərazisini tam nəzarətə götürdü. Döyüşlər zamanı ancaq terrorçular məhv edildi.



Şərh