Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və bu yol qovşağından düzgün istifadə qaydaları (VİDEO)

07 may 2018 19:31
Oxunma sayı: 328

Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və bu yol qovşağından düzgün istifadə qaydaları (VİDEO)


Bakıfm.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə inşa edilmiş yeni yolun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, yollarda tıxacların azaldılması məqsədilə layihə çərçivəsində Heydər Əliyev prospektində - Sabunçu yol qovşağından Böyük Şor yol qovşağınadək olan hissədə təmir-tikinti işləri aparılıb. Bu yolun çəklişinə 4 ay vaxt sərf edilmişdir.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tunelin inşasında məqsəd günün pik saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır.

Bu layihənin icrası burada yarana biləcək tıxacların qarşısının alınmasında mühüm rol oynayır.

Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına daxil olmadan və “Koroğlu” metrostansiyasının qarşısından keçmədən Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə Hava Limanı, həmçinin Zabrat-Maştağa istiqamətinə hərəkət edə bilirlər.


Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və bu yol qovşağından düzgün istifadə qaydaları (VİDEO)


Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və bu yol qovşağından düzgün istifadə qaydaları (VİDEO)


Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və bu yol qovşağından düzgün istifadə qaydaları (VİDEO)


Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və bu yol qovşağından düzgün istifadə qaydaları (VİDEO)


Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və bu yol qovşağından düzgün istifadə qaydaları (VİDEO)


Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və bu yol qovşağından düzgün istifadə qaydaları (VİDEO)


“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə yeni inşa edilmiş keçid – tuneldən necə istifadə etməklə bağlı təqdim etdiyimiz bu videonu izləmək məqsədyönlü olardı.


Şərh