Rusiyanın "Rosoboronexport" şirkəti ABŞ-ın sanksiyalarına məruz qaldı.

08 may 2018 22:01
Oxunma sayı: 203

Rusiyanın "Rosoboronexport" şirkəti ABŞ-ın sanksiyalarına məruz qaldı.


Bakıfm.Az "Koorespondent-net"-in verdiyi məlumatlara əsaslanaraq xəbər verir ki, ABŞ Rusiyanın "Rosoboronexport" şirkətini İran, KXDR və Suriyaya qarşı yayılmama rejimini pozmaqda günahlandırır.

Rusiyanın "Rosoboronexport" səhmdar şirkəti bir daha ABŞ sanksiyalarına məruz qalıb. Bu məlumat, 8 May-çərşənbə axşamı Amerika Birləşmiş Ştatlarının Federal Reyestrində yayımlanan bir mesajında ifadə edilmişdir.

Bu müvafiq qərar 30 aprel tarixində qəbul edilmişdir və 9 may tarixdə qüvvəyə minəcəkdir.

Xatırladaq ki, aprel ayında "Rosoboronexport" ABŞ xəzinədarlığının "qara siyahısına" daxil edilib.

Şərh