Ermənistanda yeni reformalar aparmaq üçün Ermənistan Amerikadan 140 milyon dollar maliyə yardımı istədi.

09 may 2018 20:28
Oxunma sayı: 316

Ermənistanda yeni reformalar aparmaq üçün Ermənistan Amerikadan 140 milyon dollar maliyə yardımı istədi.


Bakıfm.Az "seqodnya"-ın verdiyi məlumatlara əsaslanaraq xəbər verir ki, Amerikada yaşayan Erməni diasporu Ermənistanda reformalar aparmaq məqsədi ilə ABŞ-dan 140 milyon dollar maliyə yardımı istəmişlər.

Onlar əmindirlər ki, Ermənistan dünyanın kasıb ölkələrinə yardım proqramına düşür.

Amerikada fəaliyyət göstərən Erməni milli komitəsi (AEMK) yeni seçilmiş baş nazir N.Paşinyanın hakimiyyətində Ermənistanda reformaların keçirilməsi məqsədi ilə ABŞ Dövlət departemintindən korporasiya xətti ilə 140 milyon dollar həcmində maliyə yardımı istəməsi barəsində çağırışı dərc edilmişdir. Amerikada Erməni Milli Komitəsinin rəhbəri Raffi Hamparyanın məktubu ABŞ-ın Dövlət katibi Mayk Pompeyə ünvanlanmışdır.

Məktubda ABŞ-dan tezliklə Ermənistanla iqtisadi əlaqələri genişləndirmək, Erməni və Amerika xalqları arasında mövcud olan dostluq tellərini möhkəmləndirmək üçün Ermənistana yeni qrantların ayrılması istənilmişdir.

Eyni zamanda məktubda o da qeyd olunur ki, Amerikanın maliyə yardımı Ermənistanın yeni seçilmiş Baş naziri N.Paşinyayna Ermənistanda reformaların aparılmasına, elm sahəsini, təhsil və inforamasiya texnologiyasını inkişaf etdirməyə yönəldilmədir.

Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, hələ 2006-2011-ci illər ərzində də koporasiya xətti ilə Ermənistana 200 milyon dollardan çox maliyə yardımı edilmişdi.




Hazırladı
Əliqismət Mehdiyev
Bakifm.Az

Şərh