Ukrayna Donetsklə, Rusiya Qroznuyla davrandığı kimi davranmayacaqdır.

09 may 2018 21:48
Oxunma sayı: 320

Ukrayna Donetsklə, Rusiya Qroznuyla davrandığı kimi davranmayacaqdır.

Bakıfm.Az "Seqodnya"-ın verdiyi məlumatlara əsaslanaraq xəbər verir ki,Ukrayna prezidenti P.Poroşenko qeyd etmişdir ki, 2014-sü ildə böyük şəhərlərimizdə aparılan müharibələrə cəlb olunan Ukrayna Ordusunun vəziyyətini çətinləşdirdi.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının 101-ci əlahiddə briqadasında gənc əsgərlərin and içmə mərasimində Ukrayna prezidenti Pyotr Poraşenko demişdir ki, Ukrayna heç bir zaman Donetskini, Rusiya Qroznunu azad etdiyi kimi azad etməyəcəkdir.

Prezident xatırlatmışdır ki, " 2014-cü ildə Ukraynanın Donbası demək olar ki, tam itirməsi çoxlarının yadından çıxmışdır.., amma sonradan həmən ilin yayında Milli Qvardiyanın, Könüllülərdən ibarət taborların və başqa xüsusiləşdirilmiş bölməlirimizin köməyi ilə Donetskinin və Luqanskın demək olar ki, üçdə iki hissəsi qondarma döyüşçülərdən geri alınaraq azad edildi"

Poroşenkanın sözlərinə görə 2014-sü ildə Ukraynanın böyük şəhərlərində aparılan müharibələrdə yerli əhalinin çox olması səbəbindən əməliyatların finalı (sonu) çətinləşdi.

Eyni zamanda Ukrayna lideri söyləmişdir ki, "Rusiya Qroznunu azad etmək şuarı altında demək olar ki, Qroznunu yer üzündən sildi. Ruslar Qroznunu azad etdiyi kimi, biz Donetskini belə azad etmək istəmirik".


Hazırladı
Əliqismət Mehdiyev
Bakifm.Az

Şərh