İsrail və İran birbirlərini bombaldı (VİDEO)

12 may 2018 13:32
Oxunma sayı: 274

İsrail və İran birbirlərini bombaldı (VİDEO)


ABŞ prezidenti Tramp İranla əlaqələri kəsdi və istəyir ki, İrana qarşı ağır sanksiyalar tətbiq etsin. Trampın bu qərarından sonra, Yaxın Şərqdə eskolasiya başlamış, İsrail əsgərləri Suriya sərhədlərinə cəmlənərək İranın Suriyada yerləşən raket mövqelərinə zərrbələri endirməyə başlamışdır.

Ekspertlər qeyd edirlər ki, Suriyada İrana öz hərbi bazasını yerləşdirməyə və genişləndirməyə İsrail heç bir zaman imkan verməyəcəkdir. İranın Suriyada minlərlə orta və uzaq mənzilli raketlər yerləşdirməsini və fəaliyyət göstərməsini İsrail özü üçün təhükə sayır.

Maraqlı fakt odur ki, Kremldə İsraillə münasibətlərini korlamaq istəmir və eyni zamanda son zamanlar Putininlə İsrail baş naziri Binyamin Netenyahu ilə münasibətlərin yaxşılaşması, bu işin İranın xeyrinə həll edilməsinə kömək etmir.

Netenyahunun 9 May-Qələbə bayramında Moskvada Qırmızı meydanda yaxasına georgi lentini taxaraq paradda iştirak etməsi, bu zaman Suriyada yerləşən İran qoşunlarına İsrail ordusu tərəfidən raket zərbələrinin endirilməsi. Suriyanın hava məkanında üstünlüyü qoruyub saxlamaq məqsədiylə İsrailin baş nazirinin V.Putindən Suriyada uzaq mənzilli və müasir HHM raketlərini yerləşdirməməsini xahiş etməsi.

Eyni ideyayala çıxış edən Rusiya İranla eyni ittifaqda ollmasına baxmayaraq, İsrailin İran obyektlərinə avia zərbələr endirməsinə Moskva İsrailə öz etirazını bildirməmişdir.




Hazırladı
Əliqismət Mehdiyev

Bakifm.Az

Şərh