Eyni adam tərəfindən iki yerdə qətl hadisəsi baş vermişdir

12 may 2018 16:19
Oxunma sayı: 323

Eyni adam tərəfindən iki yerdə qətl hadisəsi baş vermişdir


Bakifm.Az-ın bölgə əmakdaşlarının verdiyi məlumatlara görə,bu gün səhər saatlarında Sabirabad şəhərinin "pambıq zavodu" məhələsində və Saatlı rayonunun Sarıcalar qəsəbəsində eyni şəxs tərfindən bıçaqlanma hadisəsi baş vermişdir.

Sabirabad rayonunun Vidadi küçəsində yaşayan 40 yaşlı Firqət Əliabbas oğlu Əliyev əvvəlcə Saatlı rayonunun Sarıcalar qəsəbəsinə gedərək, orada dəmir yolunda işləyən qonşusu Kamran Elniz oğlu Yaqubovu bıçaqlayaraq qətlə yetirmişdir. Sonra o,yaşadığı Sabirabad rayonuna qayıdaraq "pambıq zavodu" məhələsində qonşusu Teymur Əlikişi oğlu Sadıqovu bıçaqlayaraq eyni üsulla qətlə yetirmişdir. Hər iki qətlə yetirilənlərin şəxslərin yaşlarının təxmini 30-35 yaş arsında olmaları ehtimal olunur.

Qətl hadisəsi törətmiş Firqət Əliabbas oğlu Əliyev Sabirabad RPŞ-nə gələrək könüllü təslim olub. Hazırda hadisə yerlərində hüquq mühafizə əməkdaşlarından ibarət qrup işləyir. Hələlik, qətlin hansı səbəblərdən törədildiyi məlum deyildir.

Şərh