Rusiya bombardmançı təyyarələri Alyaskada tutuldu

12 may 2018 22:28
Oxunma sayı: 270

Rusiya bombardmançı təyyarələri Alyaskada tutuldu


Rusiyaya məxsus Tu-95 bombardmançı təyyarələr ABŞ-ın hava aşkar (təyin) etmə zonasın daxil olublar.

Bakıfm.Az "koorespondent-net"-in verdiyi məlumatlara əsaslanaraq xəbər verir ki, ABŞ-a məxsus 5-ci nəsil sayılam F-22 döyüş təyyarələri Rusiyanın iki Tu-95 bombardmançıını ələ keçirdi. Bu xəbər 12 İyun Şənbə günü CNN tərəfindən yayıldı.

Tutma Alyaska adalarının şimalındakı Alyaskanın qərb sahilində beynəlxalq hava sahəsində qeydə alınmışdır. Rusiya Tu-95'ləri ABŞ-ın aşkar (təyin) etmə zonasına daxil olmuşlar.

Amerikalı qırıcıları hər iki Tu-95-ni axıra kimi seyr etmiş və aşkar etmə zonasından çıxana qədər onları izləmişlər (seyr).

Qeyd edək ki,Rus bombardmançıları ABŞ və Kanadanın hava sərhədlərini (pozmamışlar) keçməmişlər. Onların bu uçuşu beynəlxalq müqavilələri pozmamışdır.

Xatırladaq ki, sonuncu dəfə belə bir hadisə təxminən bir il bundan əvvəl, keçən ilin yazında baş verib. F-22, iki Rus Tu-95 bombardmançı və onları müşayiət edən Su-35 qırıc ıtəyyarələrini müşayiət etmişdi. O zaman Rusiya təyyarələri, Alyaskanın qərb sahilindəki olan Point Hope qəsəbəsinə təxminən 80 km məsafəyə qədər yaxınlaşmışdı.



Əliqismət Mehdiyev
Bakifm.Az

Şərh