Putin Paşinyana çərçivə göstərdi

17 may 2018 12:15
Oxunma sayı: 253

Putin Paşinyana çərçivə göstərdi


Bakifm.Az studiyasının qonağı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri siyasi analitik Elxan Şahin oğlu olmuşdur.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə keçirilən görüş zamanı Cənubi Qafqazda və Dünyada baş verən siyasi hadisələr müzakirə olunmuşdur.

Elxan Şahin oğlu Bakifm.Az-ın suallarını cavablandırmışdır. Bu müsahibəni ardıcılıqla sizə təqdim edirik.

Bakifm.Az: Elxan müəllim Ermənistanda yeni təyin olunan Baş nazir Paşinyandan hansı gedişləri və islahatları gözləmək olar?

Elxan Şahin oğlu; Ümumiyyətlə dünyada baş verən hadisələri müşahidə etdiyimiz kimi eyni zamanda Ermənistandada baş verən son proessləridə izləyirik. Bilirik ki, Azərbaycan torpaqlarının işğalında iştirakçı olan separatçı qüvvələr Ermənistana 20 il rəhbərlik etdilər. O separatçılar ki, onlar, Xocalı və digər soyqrımları törətmişdilər. Bu qüvvələr hakimiyyətdən getdikdən sonra onları əvəz edən N.Paşinyan vəzifəyə təsdiq olunan kimi ilkin olaraq, Ermənistanda sosial araşdırmalar aparmaq əvəzinə o, Qarabağa səfər etdi və orda təxribatçı açıqlamalar verdi. Paşinyanın ilk təxribatçı gedişi bu oldu.

Fikir verin, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq o, mütləq Qarabağ kartından istifadə edir. Amma Paşinyan hakimiyyətə hansı məqsədlə gəlməsini unutmamalıdır.

May ayının 14-də Paşinyan Rusiya prezidenti V.Putinin dəvəti ilə Soçiyə getdi. Bu iki tərəfli görüş zamanı Putin Paşinyana çərçivə göstərdi və işarə etdi ki, o N.Paşinyanın hakimiyyətə gəlməsinə mane olmadı. Bu çərçivə isə o deməkdir ki, Ermənistanın xarici dövlətlərlə sərhəddini Rusiya sərhədçiləri qoruyur, Ermənistanda Rusiya hərbi bazası yerləşir, fabrik və zavodlar Rusiyanın himayəsindədir, Ermənistanı bu gün Rusiya qazla təmin edir. Bu 4 vacib elemnt, və ya bağlantı imkan verməz ki, Ermənistanda hakimiyyətə gələn hər hansı bir şəxs müstəqil xarici siyasət yürütsün və Qərbə doğru bir addım atsın. Əgər atsa belə, nəticə xoşagələn olmaya bilər. Buna sübüt kimi, 90-cı illərin sonunda Ermənistanda parlamentinin güllə baran olunmasını misal göstərmək olar. Hansı ki, indi də bunun arxasında hansı qüvvələrin durması bilinmir. Ona görə Paşinyan istəsədə belə əgər, xarici və daxili siyasətdə böyük manevrlər edə bilməyəcəkdir.

Baxın Paşinyanın ölkə daxilində islahatlar aparmaq imkanına malik deyildir. Ona görə ki, bu islahatları reallaşdırmaq üçün Ermənistanın daxili resursları yoxdur. Ermənistanın İran və Gürcüstan istisna olmaqla Avropaya çıxışı olan, Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır. Rusiya Ermənistanın ağası olsada belə Ermənistana bu qədər maliyə dəstəyi vermir. Əgər bunun əksinə olaraq Ermənistanın, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri olsaydı, o zaman Ermənistan Cənubi Qafqazda reallaşan bütün iqtisadi-regional sazişlərdə və lahiyələrdə iştirak edə biləcəkdi. Necəki, hal-hazırda bu lahiyələrin reallaşması nəticəsində əldə olunan kapitaldan qonşu Gürcüstan faydalanır. Məhz S.Sarkisyanıda istefaya məcbur edən əsas səbəb bu oldu. Əgər Paşinyanda bu variantdan istifadə edəcəksə, onda onunda sonunu Sarkisyanın aqibəti gözləcəkdir. Eyni zamanda Paşinyan unutmamalıdır ki, o hakimiyyətə küçənin təzyiqi ilə gəlmişdir və küçənin təzyiqi ilədə hakimiyyətdən gedə bilər.


Əliqismət Mehdiyev
Bakifm.Az

Şərh