Qarabağ problemi necə yaranmışdır və kimin marağına xidmət edir?

20 may 2018 01:53
Oxunma sayı: 248

Qarabağ problemi necə yaranmışdır  və kimin marağına xidmət edir?


Bakifm.Az studiyasının qonağı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri siyasi analitik Elxan Şahin oğlu olmuşdur.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə keçirilən görüş zamanı Cənubi Qafqazda və Dünyada baş verən siyasi hadisələr müzakirə olunmuşdur.

Elxan Şahin oğlu Bakifm.Az-ın suallarını cavablandırmışdır. Bu müsahibəni ardıcılıqla sizə təqdim edirik.

Bakifm.Az: Qarabağ problemi necə yaranmışdır və kimin marağına xidmət edir?

Elxan Şahinoğlu: Rusiyanın Ermənistana forpost kimi bir siysəti vardır. Bu siyasətdən istifadə etməklə Rusiya Ermənistanı və Ermənistanın iştirakı ilə Cənubi Qafqazı əldən vermək istəmir. Bax fikir verin Qarabağ məsələsi həll olunan kimi, Azərbaycan və Türkiyə ilə Ermənistan arasında sərhədlər açılır, Ermənistan xarici ticarət əlaqələrini genişləndirir və nəticədə öz daxili potensialını artıracaqdır.

Bunun nəticəsi kimi, Ermənistan müstəqil xarici siyəsət yürütmək və daxili potensialını qaldırmaq imkanına malik olacaqdır. Belə olan halda Rusiya hərbi bazasının Ermənistanda qalmasına və Ermənistanın Türkiyə ilə sərhədlərin Rus sərhədçilərinin qorumasına əsas olmayacaqdır. Əlbətdəki, Rusiyada müəyyən mərkəzlərdə bunu çox gözəl başa düşür və bu səbəbdəndə Rusiya Cənubi Qafqazda idarə etdiyi yeganə forpostu olan Ermənistanı itirmək istəmir. Ona görə Rusiyadakı bəzi dairələr, Qarabağ münaqişəsi vasitəsi ilə həm Ermənistanı əldə tuturlar, həmdə Azərbaycana müəyyən təsir göstərmək imkanına malikdirlər. Məhz bu səbəbdən bu münaqişənin həlli belə uzanır.

Buna sübut kimi Azərbaycan Ordusunun 2016-cı ilin aprelində apardığı uğurlu döyüşləri xatırlatmaq yerinə düşərdi. Azərbaycan Respublikası Müdafiə Nazirinin müsahibə zamanı verdiyi açıqlamasında deyirdiki, Rusiya müdafiə naziri Sergey Şayqo mənə zəng edib, xahiş etdiki, döyüşü dayandırmaq lazımdır.

Bunu hamımız bilirik ki, Ermənistanla Azərbaycan öz müqqədaratlarını vasitəsiz özləri həll etmiş olsalar əgər, onda Ermənistan tərəfindən Dağlıq Qarabağa belə yüksək statusda istənilməyəcəkdir. Buna sübut kimi, 1990-cı ildə DQ-a Mədəni Muxtariyyat arazulaydılar və eyniylə 1994-cü ilin may ayında Ermənistan atışmaları dayandırmaq haqqında müqaviləyədə özü can atdı. Baxın görün hər iki halda bizim gücümüzü görən erməni bu addımları atmışdır.

Ona görədə biz güc amilindən istifadə etmliyik ki, Ermənistan öz yerini bilsin və ərazi istəyindən əl çəksin. Sülh danışılarından isə real müsbət nəticə gözləmək düzgün deyildir.

(Müsahibənin ardı davmlı olaraq nəşr olunacaqdır)
Əliqismət Mehdiyev
Bakifm.Az

Şərh