Dünən Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb. (VİDEO)

20 may 2018 10:59
Oxunma sayı: 247

[img]http://cdn.medianews.az/2015/11/vfzi`s_i`mg_61981.jpg[/img]


Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.

Bakifm.Az BakuPost-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.
Xəbəri Rəşad Mahmudovun özü təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.

Qeyd edək ki, son vaxtlar Rəşad Mahmudov səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilirdi.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb. Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edirdi.

77 saylı Astara Seçki Dairəsindən Milli Məclisə seçilən Rəşad Mahmudov Azərbaycanın ən məşhur həkimlərindən biridir.

Rəşad Mahmudov ürək-damar cərrahı kimi nəinki Azərbaycanda, Avropanın bir çox ölkələrində, eləcə də qonşu dövlətlərdə kifayət qədər nüfuz sahibidir. O, tibb elmləri namizədi, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədridir.

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunun Təngərüd kəndində anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbi bitirib. 1991-1997-ci illərdə Türkiyədə 9 Eylül Universitetinin tibb fakültəsində oxuyub və 1997-2003-cü illərdə isə həmin məktəbin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb. 2003-cü ildə Uzmanlıq Diplomunu müdafiə edib. 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1997-2002-ci illərdə Türkiyədə Ege Universitetinin ürək-damar cərrahiyəsi mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında, 2005-ci ildən hal-hazıra qədər Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir.

Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 6000-dən çox yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparıb. Son illər həmçinin regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə) açılmış yeni diaqnostik mərkəzlərdə 170-dən artıq açıq ürək əməliyyatlarını edib.

28 dekabr 2006-cı ildə prezident İlham Əliyev tərəfindən “Tərəqqi medalı”, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub.

16 iyun 2014-cü ildə “Əməkdar Həkim” fəxri adına layiq görülüb.



Şərh