Baki-Astara yolu vaxtından əvvəl kimlərinsə cibi üçün, kimlərinsədə canı bahasına ödənişli oldu

21 may 2018 23:17
Oxunma sayı: 292

Baki-Astara yolu vaxtından əvvəl kimlərinsə cibi üçün, kimlərinsədə canı bahasına ödənişli oldu


Bakifm.Az-ın bölgə əmakdaşlarının verdiyi məlumatlara görə, Bakı-Astara yolunun Salyandan keçən hissəsində, Ələt-Astara yolunun təxminən 31 km-də Azər-Avto yol serviz işçiləri tərəfindən qeyri-qanuni olaraq (ödəniş etməklə) nəqliyyat vasitələrinə bu yoldan istifadə etmək üşün icazə verilir.

Azər-Avto yol inşaat işçiləri öz maddi mənafeyin güdərək istifadəyə verilməyən bu avto magistral yoldan nəqliyyat vasitələrinin qeyri-qanuni istifadəsinə şərait yaradırlar. İstifadəyə verilməyən bu yolda hələki, yolların tam hazır olmaması, yol siqnal işarələrinin, xəbərdar edici yol nişanları quraşdırılmadığı və yollarda radarların qurulmaması səbəbindən bu magistral yoldan istifadə edən sürücülər avtomobillərini istədiyi sürətlə idarə edirlər və nəticədə də qəza qaçılmaz olur.

Məlumat verilir ki, 2017-ci il tarixində Bakı-Astara yolunun istifadəyə verilməyən bu hissəsində 4 nəqliyyat hadisəsi baş vermişdi. Hadisə nəticəsində 5 nəfər ölmüşdür, 3 nəfər müxtəlif bədən xəsarətləri almışdı. Bu faktlar və hadisələr aidiyyatı qurumlar tərəfindən vaxtında araşdırılsaydı, yəqinki, belə neqativ faktlar qeydə alınmazdı.

Əgər aidiatı qurumlar bu özbaşınalığa bir əlac və əncam çəkməzsə, gələcəkdə istifadəyə verilməmiş bu avto magistral yolda qəzaların sayı arta bilər ki, bu da arzu olunan deyildir.


Şərh