Ukrayina Amerika istehsalı olan "Javelini" və öz dövlətinin istehsalı olan "Stuqna"nı-da sınaqdan keçirdi.

23 may 2018 00:04
Oxunma sayı: 203

Ukrayina Amerika istehsalı olan "Javelini" və öz dövlətinin istehsalı olan "Stuqna"nı-da sınaqdan keçirdi.


Bakıfm.Az "Корреспондент.net"-in verdiyi məlumatlara əsaslanaraq xəbər verir ki, Ukrayna ordusu ilk dəfə olaraq öz təlim poliqonunda ABŞ-da istehsal olunmuş “Javelin” tank əleyhinə raket komplekslərini və Ukrayna istehsalı olan "Stuqn"-nı sınaqdan keçirdi.

Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko öz “Facebook” səhifəsində məlumat paylaşmışdır.

Poroşenkonun sözlərinə görə, “Javelin” komplekslərinin hesabına Ukrayna silahlı qüvvələrinin döyüş imkanları əhəmiyyətli dərəcədə artmışdır.

Prezident həmçinin qeyd etmişdir ki, “Bu silah olduqca effektiv müdafiə xarakterli silahıdır və əgər Rusiya tərəfindnə Ukrayna ərazisinə müdaxilə olunarsa, o zaman bu silah tətbiq olunacaqdır”.

Qeyd edək ki, aprelin 30-də ABŞ-ın Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri göndərdiyi məlum olub.

ABŞ dövlət departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Birləşmiş Ştatların Kiyevə göstərdiyi hərbi dəstəkdə təkcə “Javelin”lərin tədürükü ilə kifayətlənməyəcəyini açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Ukraynanın hərbi arsenalında olan boşluqları doldurmaq və ölkənin özünümüdafiə qüdrətini artırmaq niyyətindədir.





Əliqismət Mehdiyev
Bakifm.Az

Şərh