Ukrayna MDB-ni tərk edir.?!

23 may 2018 23:50
Oxunma sayı: 212

Ukrayna MDB-ni tərk edir.?!



Bakıfm.Az xəbər verir ki, MDB-nin banilərindən biri olan və 1991-ci ildə Belovej müqaviləsini imzalayan Ukrayna MDB-ni tərk edir. Rəsmi Kiyev Rusiyanın hakim olduğu bütün siyasi formatların rədd edilməsini dəstəkləyir.

Bu gün may ayının 23-də Ukrayna prezidenti Poraşenko tərəfindən Ukraynanın MDB çərçivəsindən çıxması ilə bağlı imzaladığı fərman dərc olunmuşdur.

Yəqin ki, Ukrayna bütün riskləri başa düşür və MDB-ni tərk etidikdən sonra başqa plana malikdir.

Kiyev MDB-dən çıxıacağı halda, Ukraynanın MDB çərçivəsində Rusiya istisna olmaqla, imzaladığı ikitərəli və çoxtərəfli müqavilələrə yəqin ki, yenidən baxılacaqdır və Ukrayna ilə bu dövlətlər arasında bəzi müqavilələri yeni ampulada təkrarən imzalanması lazım olacaqdır.

Əlbətdəki, Ukrayna prezidentinin qəbul etdiyi bu qərarlar və addımlar gələckdə Ukraynanın Qərblə və Avropayla daha da yaxınlaşmaq siyasətini nümayiş etdirir. Atdığı bu addımlar və verdiyi qərarlar da, növbəti seçki dövründə və daxili siyasi reytinqin təhlükülə olduğu bir zamanda onun üçün çox əhəmiyyətlidir.

Ukrayna dövlətinin bu qərarıda öz növbəsində Rusiya XİN-ni Ukraynadan şikayət etməyə sövq etmişdir. Rusiya XİN etiraz əlaməti olaraq bəyan etmişdir ki, Ukrayna MDB - yə üzvülük haqqı olaraq ödəməsi planlaşdırılan 300 milyon rubla yaxın borcunu ödəməkdən yayınır və guya ki, Ukraynanın yaranan bu borcu ödəməkdən imtina etməsidə MDB-nin fəaliyyətinə əks təsir göstərir.

Əslində isə görünən odur ki, bu qeyri-müəyyənlik və anlaşılmamazlıq onu təsdiq edir ki, Ukrayna təşkilatın “üzvü” deyil, “iştirakçısı”dır, yəni qeyri-müəyyən statuslu müşahidəçi dövlətdir və bu səbəbdən də Ukraynanın MDB üzvülüyündən imtina etməsi qərarı dövlətin qəti qərarıdır.

Əliqismət Mehdiyev
Bakifm.Az

Şərh