Türkiyə prezidenti R.T.Ərdoğan Qarabağ məsələsini seçki bəyannaməsinə saldı

24 may 2018 21:21
Oxunma sayı: 217

Türkiyə prezidenti R.T.Ərdoğan Qarabağ məsələsini seçki bəyannaməsinə saldı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 iyunda baş tutacaq seçkilər üçün bəyannaməsini açıqlayıb.

Bakifm.Az xəbər verir ki, bəyannamə “Sabah” qəzetində dərc olunub.

Bəyannamədə Azərbaycanın torpaqlarında işğalın sona yetməsi məsələsi də öz əksini tapıb.

Ərdoğan bildirib ki, onlar əlaqələrin daha da genişlənməsi və ölkə torpaqlarının azad olunması üçün səylərini əsirgəməyəcəklər.

Şərh