Əməkdar artist Zöhrə Abdullayevanın oğlu İsrafil Abdullayev ömrünün 47 yaşında vəfat edib

25 may 2018 00:52
Oxunma sayı: 456

Bakifm.Az xəbər verir ki, bu gün tanınmış müğənni, əməkdar artist Zöhrə Abdullayevanın oğlu İsrafil Abdullayev ömrünün 47 yaşında vəfat edib.

Bu barədə bizim sayta məlumatı mətbuat saytları və sənətçinin yaxınları məlumat verib.

Qeyd edək ki, əməkdar artistin oğlu uzun müddətdir beynin xərçəngindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

47 yaşlı İsrafil Abdullayevin iki övladı var. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

İ. Abdullayevin cənazəsi bu gün günorta saat 2-də Nardaran qəsəbəsində yerləşən evindən götürülmüş və Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılmışdır.

Beyin xərçəngindən əziyyət çəkən Abdullayevin son 3 gündə vəziyyəti pisləşib və o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Bildirilir ki, İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb.


Əməkdar artist Zöhrə Abdullayevanın oğlu İsrafil Abdullayev ömrünün 47 yaşında vəfat edib

Şərh