Bu gün biz, Cənubi Qafqazda cərəyan edən bu hadisələrdən nə dərəcədə faydalana və yaxud da sığortalana bilərik

25 may 2018 16:00
Oxunma sayı: 232

Bu gün biz, Cənubi Qafqazda cərəyan edən bu hadisələrdən nə dərəcədə faydalana və yaxud da sığortalana bilərik


Bakifm.Az: Bu gün Qafqazda nə baş verir? Gürcüstan NATO-nun üzvü olmağa hazırlaşdığı, Qərbin Ermənistanı əla alması prosesi getdiyi, Rusiyanın bu ölkəni əldən verməməklə Cənubi Qafqazı itirməməyə çalışdığı bir vaxtda, bizim dövlət bu gedişlərdən necə faydalanacadır. Ümumiyətlə, biz, Cənubi Qafqazda cərəyan edən bu hadisələrdən nə dərəcədə faydalana və yaxud da sığortalana bilərik?

Bu gün biz, Cənubi Qafqazda cərəyan edən bu hadisələrdən nə dərəcədə faydalana və yaxud da sığortalana bilərik


Elxan Şahin oğlu: Ümumiyyətlə Azərbaycanın xarici siyasəti balanslışdırılmış xarici siyasətdir. Belə elə bir coğrafi bir mövqedə yerləşən bizim kimi kiçik bir dövlətə, müstəqil bir siysət yürütmək və bu siyasəti uğurla aparmaq çox çətindir.
Bilirsiniz ki, Cənubi Qafqazda yerləşən üç ölkədən biri Gürcüstan Qərbə inteqrasiya, NATO və Avropaya üzv olmaqla yanaşı, Ermənistanda Rusiyanın forpostu qalmaqla artıq öz seçimlərini müəyyənləşdirmışdir. Biz isə hamıyla, bütün ölkələrlə bərabər bir mövqedə əməkdaşlıq edirik və bundan sonrada edəcəyik. Əlbətdə bizim də strateji əməkdaşlarımız vardır. Bunlar Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanıdır. Hegomon dövlətlər tərəfindən təzyiqlərə məruz qalaraq torpaqlarını itirən bir dövlət üçün bu siyasəti açıq şəkildə aparmaq, çox çətindir və məhz elə bu səbəbdən də biz böyük təzyiqlərlə üzləşirik.
Belə olduğu halda bizə tam açıq öz real mövqeyimizi bildirmək olduqca çətindir və çətin olaraq da qalacaqdır. Əgər Gürcüstan NATO-nun üzvü olacaqdırsa, bu halda Azərbaycan NATO-la bilavasitə sərhəd qonşusu olacaqdır. Bu baş verdiyi halda əlbətdəki, gələcəkdə Azərbaycanda istər-istəməz NATO ilə dialoqu intensivləşdirəcəkdir.
Bu gün Ordumuzda aparılan islahatlar onu göstərir ki, biz hərbi sferada öz sözünü deyən və operativliyi, texnologiyası ilə fərqlənən NATO standartlarını daha çox mənimsəməyə çalışırıq. Buna sübut kimi bu gün Azərbaycan Ordusunun təhcizatının və təminatının NATO standartlarına cavab verə bilən şəkildə formalaşması, hərbi strateji qardaşımız olan Türkiyə ilə birgə təlimlərin keçirilməsi, NATO tərkibində olan dövlətlərlə birgə qərargah hərbi təlimlərinin keçirilməsi kmi faktları göstərmək olar. Burdan da belə qənatə gəlmək olur ki, biz artıq NATO standartlarına cavab verə bilən bir Orduya malik oluruq və Orduda aparılan islahatlar, inkişaf prossesləri və uğurlar buna bir sübutdur desək, yəqin ki, yanılmarıq.
Bəli, əgər hər şey zamanın bu axarı ilə getsə belə bir zaman gəlib çıxa bilər ki, biz seçim qarşında qala bilərik. NATO-ya qoşulmağımız və ya tam inteqrasiya olmağımız isə həmən anda Rusiyanın real durumundan, Qafqazda rolundan və mövqeyindən asılı olan bir faktor olacaqdır desək yanılmarıq.


(Müsahibənin ardı davmlı olaraq nəşr olunacaqdır)
Əliqismət Mehdiyev
Bakifm.Az

Şərh