Koreya xalqlarının atdıqları sülh addımlar Amerikanın şəxsi maraqlarına uyğun gəlmədimi?

25 may 2018 17:24
Oxunma sayı: 233

Koreya xalqlarının atdıqları sülh addımlar Amerikanın şəxsi maraqlarına uyğun gəlmədimi?


Baki FM.AZ saytlardan əldə etdiyi məlumatlara əsaslanaraq xəbər verir ki, Amerika Prezidenti Donald Tramp Şimali Koreya ya müharibə mesajı göndərdi. Məslənin maraqlı tərəfi ondan ibarətdir ki, özünü bütün dünyada “Sülh və Təhlükəsizliyin” müdafiəçisi hesab edən Amerika Birləşmiş Ştatları bu dəfə özü müharibəni alovlandırdı.

Beləki, bu ilin aprel ayının 27 də sülh elan edən Şimali və Cənubi Koreya prezidentləri dostluq yolunda böyük addım atdılar. Lakin, bu sülh dünyanın super gücü olan Amerika Birləmiş Ştatlarının şəxsi maraqlarına uyğun gəlmədi. Belə ki, 12 iyun 2018-ci il tarixində Sinqapur da Şimali Koreya prezidenti Kim Çen İnla planlaşdırılan görüşü təxirə salmasında əsas səbəb nə idi?.

Tramp Amerika Müdafiə naziri Ceyms Mettis və Qərərgah rəisi ilə bu haqda danışaraq, müharibəyə hazır olduqlarını və hətta Yaponiya və Cənubi Koreya dövlətlərindən də hərbi yardım gözlədiklərini bildirmişdir.

Trampın bu aqresivliyinə səbəb olaraq, Şimali Koreya Dövlətinin İsrayil Dövlətini tanımaması ilə bağlı açıqlaması mühüm sübutdur. Lakin ABŞ-ın, müsəlmanların torpağı olan Qüdsü elə müsəlmanlardan qorumasının səbəbi hələ də müəmma altındadır. Qeyd edək ki, Türk Müsəlman Dünyasının aparıcı qüvvəsi Türkiyənin bu haqda fikirləri çox sərtdir. Ancaq strateji siyasət yeridən ABŞ müsəlman dövlətlərinə “sözdə”dəstək çıxdığını” bildirərək, Türkiyəni təzyiq altına salmaq cəhdlərini göstərir.

Gövhər Akif qızı
Baki FM.AZ


Şərh