Tesla şirkətinin istehsal etdiyi elektrokar avtomobillər can almaqda davam edir.

27 may 2018 01:00
Oxunma sayı: 420

Tesla şirkətinin istehsal etdiyi elektrokar avtomobillər can almaqda davam edir.


Mayın 11-də Salt Lake City (Utah) şəhərində Tesla istehsalı olan avtomobil avtopilot nəzarəti altında olan zaman yanğın söndürmə maşınına yaxınlaşdıqca, elektrokar avtomobili dayanmayaraq əvəzinə, əksinə olaraq sürətləndirmiş və nəticədə elekrokar qarşısında dayanmış avtomobilə çırpılaraq qəzaya uğramışdır. "Associated Press" agentliyinin verdiyi məlumata görə, yol qəzası ilə əlaqədar hadisə yerinə gəlmiş polislər tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

Elektrokarın kompyuterindəki yaddaş məlumatlarına görə avtomobil qəza baş vermədən 3,5 saniyə öncə anidən sürət yığmağa başlamışdır. Xanım sürücünün ilikin verdiyi məlumata görə o, bunu hiss edən kimi öz növbəsində qəzanın baş verməsinə 1 saniyə qalmış əyləci basmışdır. Lakin polsilərin araşdırmalarının nəticələrinə görə onlar belə bir qənaətə gəlmişlər ki, "Model S" başqa bir avtomobilin arxasında hərəkət edərkən avtomatik olaraq sürətini 89 km /saat-a endirmişdir. Bundan əlavə, onun önünə keçən avtomobil gediş zolağını dəyişərək sürəti artırmışdir. Bu zaman elektron assisenti nəzarəti altında olan Model S qarşısında təmir üçün dayanmış yanğın söndürmə maşınını qeydə almayraq, sürəti azaltmaq əvəzinə əksinə olaraq sürəti artırmış və nəticədə dayanmış yanğın söndürmə maşınını arxadan vuraraq qəza törətmişdir.

Hadisə baş verən zaman, Model S elektrokar modelinin sükanı arxasında 29 yaşlı xanım Heather Lomatch olmuşdur. Onun sözlərinə görə, bu avtomobil təxminən iki ildir ona məxsusdur və bu zaman ərzində o, elektrokarında avtopilot funksiyasınıdan fəal şəkildə istifadə edibdir. Lomatch 11 mayda qəza baş vermədən öncə də elektron assistentə müraciət etməsini və avtomobilin vaxtında əyləc edəcəyini gözlədiyi halda toqquşmadan dərhal əvvəl sistemin təhlükə xəbərdarlığını vermədiyini polisə bildirmişdir.

İzləmə və nəzarət qaydalarına nəzarət etdikdən sonra polislər tərəfindən ona hadisədən 80 saniyə əvvəl sükanı tutmadığı bildirildi. O, isə hadisə baş verən zaman ən yaxşı yol seçmək üçün telefonuna baxdığını söyləmişdir. Xanım sürücü yol hərəkəti qaydalarını pozduğuna görə poloslər tərəfindən cərimə edilmişdir.

Qəza nəticəsində Lommatch, ayağının birini qırımış, yanğın maşının sürücüsü isə qəzadan xəsarətsiz ötmüşdür. Hadisə ilə əlaqədar Tesla'da, şirkəti açıqlama vermişdir ki, "avtopilot avtomobili ehtimal olunan bütün qəzalardan yayındırmaqda cavbdeh deyildir"

Son aylarda Tesla tərəfindən istehsal edilən maşınlarda avtopilot sistemi getdikcə diqqəti cəlb edir və tənqidlərə məruz qalır. Bu şirkətin avadanlıqları ilə təchiz olunmuş avtomobillər bir çox hallarda qəza halı törətmiş, o cümlədən bu qəzalar zamanı ölüm halları qeydə alınmışdır. Şirkətin nümayəndəsi də öz növbəsində qeyd edir ki, bu texnologiya insan iştirakı olmadan,tam avtopilot rejimində idarə olunmaq üçün nəzərdə tutulmayıb. Sürücü elektrokarı idarə edərkən elektron köməkçi vasitəsi ilə avtomobilin gedişini tənzimləyə, əlini sükandan çəkməmək şərti ilə və əyləclərdən istifadə etməklə, lazım olduqda idarəetməni öz nəzarəti altına almağa hazır olmalıdır.

Bildirilir ki, "Tesla Model S" elektrokar avtomobili ABŞ-da yanğınsöndürən maşınına çırpılaraq əzilmiş torta çevrildi. Hadisə mayın 15-dən 16-na keçən gecə baş verib. Avtomobilin sürücüsü Utah şəhərindəki polis əməkdaşlarına avtomobilin avtomatik pilot rejimində işlədiyini söyləmişdi.

Bununla bərabər məlumat veririk ki, Bu dəfə Tesla tərəfindən istehsal olunan elektrikli avtomobil İsveçrədə yenidən ölümcül bir qəza törətmişdir. Qəza nəticəsində sürücüsün xilas etmək mümkün olmamışdır. Toqquşma zamanı, idarəetmə itməsi nəticəsində avtomobil alışmış və sürücü avtomobilin içərisində canlı olaraq yanmışdır.

Və mart ayının sonunda da ABŞ-da bir sürücü, Tesla elektrikli avtomobilinin partlaması nəticəsində həyatını itirmişdir. Dəhşətli qəzabanı olan sürücü dəfələrlə avtomobilin avtopilotunun səhv işləməsindən şikayətlənmişdi. Bu zaman da eyniylə elektrokar bilinməyən səbəblərdən nəzarəti itirmiş, sonra yanaraq partlamışdır.

Şirkət tərəfindən bütün bu faktlar barəsində araşdırmaların aparılması barəsində məlumatlar verilir.

Əliqismət Mehdiyev
BakiFM.Az


Şərh