Rus Ordusunda "Kamaz" və "Ural"lar "Tornado"larla əvəzlənəcəkdir.

27 may 2018 12:27
Oxunma sayı: 200

Rus Ordusunda "Kamaz" və "Ural"lar "Tornado"larla əvəzlənəcəkdir.


Rusiya Ordusunun "Tornado" avtomobilləri ilə təhciz olunduğu tarix açıqlandı.

BakiFM.Az "RİA Novosti"-nin verdiyi məlumatlara istinad edərək xəbər verir ki, bu həftənin şənbə günü Rusya Müdafizə Nazirliyinin zirehli avto-tank idarəsinin rəisi general-leytenant Aleksandr Şefçenko məlumat vermişdir ki, bu ildən Orduda istismar olunan "Ural" və "Kamaz" tipli avtomobilləri yeni nəsil olan "Tornado" tipli avtomobillərlə əvəz olunmasına başlanılacaqdır.

O qeyd etmişdir ki, "Tornado" hal-hazırda dövlət sınaq mərhələsindədir və demək olar ki, sınağın bitməsinə çox az bir vaxt qalmışdır.

Rusiya SQ-nin Baş Qərargahından onuda bildirmişlər ki, bu avtomobillərlə əsasən taktiki bölmələr təmin olunacaqdır.

Rusya Müdafizə Nazirliyinin zirehli avto-tank idarəsinin rəisi general-leytenant Aleksandr Şefçenko onuda qeyd etmişdir ki, "Bu avtomobil əvvəlki nəsilə malik olan "Ural" və "Kamaz" tipli avtomobillərdən əsasən yük götürmə imkanına və mühərrkinin çox gücə malik olması ilə fərqlənir".

Onun sözlərinə görə avtomobil lahiyələnidirilərkən Suriyada aparılan anti terror əməliyyatlar zaman əldə olunmuş təcrüblərə əsaslanmışdır. Belə ki, yeni nəsil olan "Tornada"da zirehli və mina əlehinə müdafiə sistemi nəzərə alınmışdır. Onuda qeyd etmək lazımdır ki, əvvələr Orduda istismar olunan "Ural" və "Kamaz" avtomobillərində bu müdafiə sistemləri olmamışdır.

Əliqismət Mehdiyev
BakiFM.Az

Şərh