Ukraynada Rusiyanı necə məhv etmək metodu səsləndi.

27 may 2018 13:31
Oxunma sayı: 183

Ukraynada Rusiyanı necə məhv etmək metodu səsləndi.


BakiFM.Az "RİA Novosti"-nin verdiyi və informasiya saytlarından əldə etdiyi məlumatlara istinad edərək xəbər verir ki, Ukraynada "Rusyanı necə məhv etmək" metodu açıqlandı.

Ukrayina nazir müavini Georgi Tuka demişdir ki, "Sovet İttifaqı məhv edildiyi kimi də məhz Rusiyanıda sanksiyalara məruz qoymaqla məhv etmək lazımdır". O, bu sözləri jurnalistlərə verdiyi müsahibəsi zamanı demişdir və qeyd etmişdir ki, "Rusiya iqtisadiyyatını dağıtmaq üçün mən bu istiqamətdə Rusiyaya təzyiqlərin olmasına və sanksiyaların artmasına ümüd edirəm. Necə ki, biz sizinlə birlikdə o zaman "Sovet İttifaqı"nın dağılmasının şahidləri olduq. Hansı ki, bir güllədə atılmadan o böyüklükdə bir ittifaq məhv edildi. "Sovet İttifaqı" kimi böyük bir qurum məhz güclü və ardıcıl sanksiyaların tətbiqi nəticəsində dağıdıldığı kimi Rusiyanında eyni metodla dağılmasına çox böyük ümüdlə yanaşıram".

Rusiya rəsmiləri isə bildirirlər ki, "2014-cü ilin aprelində Ukraynada baş verən bu hadisələrdən sonra Qərb dövlətləri Moskvaya ciddi sanksiayalr tətbiq etməyə başlamışdır. Əlbətdə ki, Qərb Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu nöqteyi nəzərdən də, Rusiyaya təzyiqləri gücləndirir. Rusiya dövləti isə öz növbəsində bu iradı qəbul etmək istəmir və qeyd edirlər ki, guya Krım yarımadasının əhalisi demokratik yolla öz mövqelərini bildirərək keçmiş tarixi vətənlərinə qovuşmuşlar. Rusiya Ukraynanın daxili işlərinə və mübahisələrinə müdaxilə etmir".

Amma unutmaq lazım deyil ki, Rusiyanın belə yanaşması ikili mövqedən yanaşmadır. Belə bir yanaşma da Rusiayanın keçmiş possovet məkanında hegamonluğunu sübut edən və ortaya qoyan bir yanaşmadır. "Sovet İttifaqı" imperiyası dağıldıqdan sonra müstəqillik əldə edən keçmiş possovet dövlətlərinin müstəqil siyasət aparmasına qarşı öz sərt mövqeyini belə ikili-qeyri müəyyən yanaşma ilə nümayiş etdirir. Ümumiyyətlə isə, keçmiş possovet məkanında yaranmış bütün konfliktlərin özəyində və mərkəzində bilavastə Rusiyanın bəzi qurumlarının rolunun olması danılmazdır desək yanılmarıq.

Əliqismət Mehdiyev
BakiFM.Az

Şərh