Salyanda dəfn olunan qadının Bakıda əri tərəfindən öldürülməsi aşkar olundu

27 may 2018 15:14
Oxunma sayı: 421

Salyanda dəfn olunan qadının Bakıda əri tərəfindən öldürülməsi aşkar olundu

Ötən gün Salyanda dəfn olunan qadının Bakıda əri tərəfindən öldürülülməsi aşkar olundu.

Bakifm.Az-ın bölgə əmakdaşlarının verdiyi məlumatlara görə, Ötən gün Salyan qəbirastanlığında dəfn olunan yerli sakin İsgəndərova Kifayət Xəyyam qızının (30-35 yaş) Bakı şəhərində həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olmuşdur.

Əldə olunan məlumata görə ötən gün Xəzər rayonun Zaqulba qəsəbəsində ailəsi ilə birlikdə kirayədə yaşayan Salyan şəhər sakini Yusifov Anar Urfulla oğlu yaxınlarına zəng vuraraq, həyat yoldaşı Kifayət İsgəndərovanın xəstəlikdən dünyasını dəyişdiyini bildiribdir.

Kifayət İsgəndərovanın ağır qan xəstəliyindən əziyyət çəkdiyi üçün xanımın yaxınlarıda buna inanaraq, mərhum qadının cənazəsini Salyana gətirərək, dəfn ediblər.

Amma Xəzər və Salyan Rayon Polis Şöbəsi əməkdaşalrının çevikliyi sayəsində qadının əri tərəfindən qətlə yetirldiyi məlum olmuşdur. Müəyyən olmuşdur ki, Anar həyat yoldaşını boğaraq qətlə yetiribdir.

Hadisə baş verən zaman ailənin iki əkiz azyaşlı qız övladlarının məktəbdə olduğu deyilir.

Ailə 10 ildən artıqdır ki, Bakı şəhərində kirayə yaşayırmış. Anar qəsəbədə restoranların birində ofisiant işləyirmiş. Hadisəni törətməkdə şübhəli bilinən Anar Yusifov Xəzər rayon Poliş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi qaldırılmış və hal-hazırda araşdırma aparılır.



Səmil Salyanlı
BakiFM.Az

Şərh