Leyla Əliyeva “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu”nun Fəxri Prezidenti seçilib

27 iyun 2018 16:11
Oxunma sayı: 238

Leyla Əliyeva “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu”nun Fəxri Prezidenti seçilib


Bu günlərdə “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin növbəti iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Birliyin sədri İsmayılova Tahirə Abış qızı iclası açıq elan edərək, gündəlikdə Birliyin Fəxri Prezidenti və Fəxri Sədrinin seçilməsi məsələsi barədə məlumat verib. O, çıxışına davam edərək bildirib ki, Birliyin Fəxri Prezidentliyinə namizəd Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyeva təklif olunub. Leyla Əliyeva Birlik təsisçilərinin yekdil səsilə “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu”nun Fəxri Prezidenti seçilib.

Leyla Əliyeva “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu”nun Fəxri Prezidenti seçilib


Tahirə İsmayılova çıxışına davam edərək bildirib ki, Heydər Əliyev fondunun Vitse Prezidenti Leyla Əliyeva Azərbaycanın ictimai-siyasi həyatında gənclərə örnək olacaq bir şəxs olaraq, Azərbaycanın sosial-iqtisadi inkişafına misilsiz töhfələr vermişdir və əvəz olunmaz fəaliyyətini davam etdirməkdədir. “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin məqsəd və məramlarının həyata keşirilməsində, babası mərhum prezidentimiz Heydər Əliyevin görmək istədiyi və həyata keçirə bilmədiyi arzularının yerinə yetirilməsində və eləcədə Birliyin nizamnaməsində öz əksini tapmış layihələrin reallaşmasında, birmənalı şəkildə bizə dəstək olacağına inanırıq. Azərbaycanda Heydər Əliyev ideyalarını həyata keçirilməsi üçün böyük potensial var. “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyi qarşıya qoyduğu hədəflərə nail olmaq üşün seçdiyimiz Fəxri Prezidentimiz Leyla xanım Əliyeva ilə birlikdə bütün beynəlxalq əlaqələrdən istifadə edərək doğma vətənimiz Azərbaycanın qüvvətli, qüdrətli ölkələr sırasında olması naminə əlimizdən gələni edəcəyik”, – deyə Tahirə İsmayılova vurğulayıb.

İclasda çıxış edən birliyin baş katibi Qurbanov Çingiz Nəbi oğlu Qazağıstanda fəaliyyət göstərən “Dünya Azərbaycanlıları Konqresi”nin rəhbəri Xudiyev Araz Əlövsət oğlunu “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin Fəxri Sədrı seçməyi təklif edib.

Leyla Əliyeva “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu”nun Fəxri Prezidenti seçilib


Çingiz Qurbanov çıxışı zamanı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın qurucusu olmaqla yanaşı, onun milli və mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna və əvəzolunmaz xidmətləri vardır. “Ulu Öndərin bu xidmətləri və ideyaları ölkədaxili, eləcə də beynəlxalq arenada rəğbətlə qarşılanır. Hal-hazırda Ulu Öndərin həyata keçirə bilmədiyi ideyaların həyata keçməsi üçün onun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev cənabları gərgin və məhsuldar iş aparır. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı möhtərəm Prezident İlham Əliyev cənablarına dəstək olaraq Ulu Öndərin ideyalarını həyata keçirməyə çalışır. Biz də “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyi olaraq beynəlxalq miqyasda bütün layihələri həyata keçirərək Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik”, – deyə o bildirib.

Leyla Əliyeva “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu”nun Fəxri Prezidenti seçilib


Bir qədər də İctimai Birliyin Fəxri Sədri seçilmiş Araz Xudiyev barəsində məlumat vermək istərdik. Xaricdəki həmvətənlərimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Qazaxısatanda fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, ,“Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu” İctimai Birliyinin Fəxri Sədrı Araz Xuduyev də bu istiqamətdə iş aparan vətən oğullarındandır.

O, Yeni Azərbaycan Partiyasının üzvüdür. 2003-cü ildə Astanda Dünya Azərbaycanlıarının Mədəniyyət Mərkəzinin nümayəndəliyinin açılmasına nail olub. 2004-cü ildə onun rəhbərliyi altında təsis edilmiş beynəlxalq ictimai siyasi qəzet olan “Turan-ekspress” qəzeti uzun illər qazax, azərbaycan və rus dillərində yayımlanaraq xaricdəki soydaşlarımızın həyat və fəaliyyəti barəsində, o cümlədən Azərbaycan həqiqətlərini dünyanın diqqətinə çatdırıb. Həmin dövrdə qəzet aktiv şəkildə Azərbaycan, Rusiya, Qazaxıstan və əlavə olaraq 20 dövlətə yayılaraq Qazaxıstanda olan Azərbaycan diasporunun formalaşmasında böyük rol oynayıb Araz Xudiyevin rəhbərlik etdiyi və Qazağıstanda fəaliyyət göstərən “Dünya Azərbaycanlıları Konqresi” dünyada rəsmi dövlət qeydiyyatına alınmış bu adlı ilk təşkilatdır. Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildən Qazağıstanda fəaliyyət göstərən “Dünya Azərbaycanlıları Konqresi”nin Fəxri Prezidentidir. Həmçinin, Qazaxıstan prezidentinin qızı, siyasi xadim Dariqa Nazarbayeva təşkilatın İdarə Heyətinin fəxri sədridir. Bu da təşkilatın fəaliyyətinin kağız üzərində deyil, aktiv və güclü bir şəkildə irəliləməsindən xəbər verir. Konqres Qazaxıstandakı Azərbaycan səfirliyi ilə sıx əməkdaşlıq edir. “Ümummilli Lider Heydər Əliyev adına Azərbaycanın Dostları Beynəlxalq Klubu”nun fəaliyyət istiqamətinə gəlincə onu demək olar ki, təşkilat iki istiqamətdə işləməyi əsas götürəcək. Birinci istiqamət xarici investisiyaların Azərbaycana cəlb olunub bu layihələrin Azərbaycanda gerçəkləşdirilməsidir. İkinci istiqamət isə azərbaycanlı iş adamlarının Azərbaycandan kənara çıxmasına yardımçı olmaqdan ibarət olacaq. Təşkilatın nizamnaməsində real sektorun bütün sahələrini əhatə etmək nəzərdə tutulur. Azərbaycan aqrar ölkədir, buna görə də müasir standartlara cavab verən aqroservislərin yaradılması istiqamətində iş aparılacaq. Əlvan metalalrın emalı və satışı, xarici bazarlarda Azərbaycan məhsullarından ibarət yarmarkaların təşkili kimi işlərin aparılması da qarşıya məqsəd qoyub. Bir sözlə, İctimai Birlik sırf iqtisadi sahədə fəaliyyət göstərməyi planlayır. Bununla belə mədəni, humanitar əlaqələrə, elm, təhsil sahələrində əməkdaşlığa da yer veriləcək. Bu əlaqələrin qurulmasında Araz Xuduyevin rolu böyük olacaq. Araz Xuduyev “Bizim Yol” qəzetinə verdiyi məlumatda diaspor rəhbəri olaraq böyük əlaqələrə malik olduğunu, tərəfdaşlıq etmək istəyən iş adamlarına çox sərfəli şərtlər altında dəstək ola biləcəyini qeyd edib. Biznesdə əsas məsələnin etibarlı tərəfdaşlıq olduğunu bilidirən Araz Xuduyevin dediyinə görə, hər iki təşkilatın vasitəçiliyi ilə rəsmi və etibarlı tərəfdaşlığa zəmanət verilir.

Şərh